Küveytdə açılmış müsəlman ölkələrinin Beynəlxalq sərgisində Azərbaycan da təmsil olunur

Küveytin ən böyük məscidi olan "Əl-Məscid Əl-Kəbir" kompleksində müsəlman ölkələrinin beynəlxalq sərgisinin açılış mərasimi keçirilmişdir.
Azərbaycanın Küveytdəki səfirliyindən bildirmişlər ki, ölkəmiz sərgidə iki mövzu-ekspozisiya ilə təmsil olunmuşdur.
Ekspozisiyanın biri Xocalı soyqırımının 19-cu ildönümünə həsr edilmişdir. Burada qoyulmuş stendlərdə "Xocalı uşaqların gözü ilə" rəsmləri nümayiş etdirilir.
Ekspozisiya çərçivəsində səfirliyin təşəbbüsü ilə ərəb dilində yeni nəşr olunmuş "Xocalı soyqırımı" kitabının və Xocalı faciəsini əyani şəkildə Küveyt ictimaiyyətinə çatdıran filmin ərəb dilində CD variantının təqdimatı da keçirilmişdir.
Təqdimat mərasimində keçmiş sovet ordusunun yardımı ilə Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərində törətdikləri vəhşiliklər və faciənin əsl mahiyyəti barədə sərgi iştirakçılarına ətraflı məlumat verilmişdir. Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin səyi nəticəsində Xocalı həqiqətlərinin üzə çıxarılması, bütün dünya ictimaiyyəti qarşısında ermənilərin təcavüzkar siyasətinin ifşa olunması xüsusi qeyd edilmişdir.
Küveytin vəqflər və islam işləri nazirinin müavini, ölkənin tanınmış siyasi-ictimai xadimi doktor Adil Abdullah Əl-Fələh sərgidəki Azərbaycan guşəsini ziyarət edərək, burada nümayiş etdirilən rəsmlər və nəşrlərlə yaxından tanış olmuşdur.
Sərgidə Azərbaycanın füsunkar təbiəti, qədim tarixi, zəngin mədəniyyəti, sürətlə inkişaf edən iqtisadiyyatı, böyük turizm potensialından ətraflı bəhs edən fotolar, videofilm, mətbuatda dərc olunmuş məlumatlar, sənətkarlarımızın əl işləri də nümayiş etdirilir.
Azərbaycan ekspozisiyasına gün ərzində 200-dən çox tamaşaçı baxmışdır. Ekspozisiya Küveyt ictimaiyyətinin, KİV-lərin təmsilçilərinin, eyni zamanda Əl-Küveytdə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin və müxtəlif ölkələrdən gəlmiş qonaqların diqqət mərkəzində olmuşdur.
Sərgi üç gün davam edəcəkdir.{nl}

AzərTAc

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında