Beynəlxalq Mətbuat İnstitutunun direktoru Bakıya səfərə gəlmişdir

Fevralın 21-də dünyanın nüfuzlu jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Alison Betel Makkenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə meneceri Antoni Milz Bakıya işgüzar səfərə gəlmişlər.
BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu bildirmişdir ki, səfərdə əsas məqsəd Azərbaycan mətbuatının real vəziyyəti ilə yaxından tanış olmaq, onun inkişaf etdirilməsi yolları barədə müzakirələr aparmaqdır.
Səfər çərçivəsində qonaqlar fevralın 22-dən etibarən Azərbaycanın dövlət rəsmiləri, bir sıra media qurumlarının rəhbərləri, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşəcəklər.
Xatırladaq ki, BMİ 1950-ci ildə yaradılmışdır. Mərkəzi ofisi Vyanada yerləşən qurumun dünyanın 120 ölkəsində üzvləri var. Təşkilatın hər il keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın tanınmış media nümayəndəsi, dövlət və hökumət başçıları, təmsilçiləri qatılırlar.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında