Almaniya səfiri Ağstafada

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Mixael Kindsqrab Ağstafa rayonuna səfəri çərçivəsində rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən qəbul edilmişdir. Məhərrəm Quliyev  Ağstafanın tarixi, dünəni və bu günü, eləcə də  Prezident  İlham Əliyevin rəhbərliyi ilə  rayonda görülən geniş miqyaslı abadlıq-quruculuq işləri, reallaşdırılan irimiqyaslı sosial infrastruktur layihələr, həyata keçiriləcək digər işlər barədə geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, təkcə ötən il Ağstafaya 35 milyon manat investisiya cəlb olunmuşdur. 2011-2018-ci illərdə 7010 yeni iş yeri açılmışdır. Həmçinin cənab səfirə Böyük Vətən Müharibəsi ərəfəsində Ağstafada yaşamış almanların yaşadıqları məntəqələr barədə də ətraflı məlumat  verilmişdir.

Almaniya səfiri cənab Mixael Kindsqrab səmimi qarşılanmasına görə dərin minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, məhz Heydər Əliyevin yürütdüyü məqsədyönlü xarici siyasətin nəticəsidir, bu gün Azərbaycan Almaniyanın etibarlı strateji enerji tərəfdaşıdır.Təsadüfi deyil ki, Almaniya bu gün də Azərbaycan dövlətinin xarici siyasətini dəstəkləyir və onu yüksək qiymətləndirir. Biz dəfələrlə qeyd etmişik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvo dəyişdirilməli və məsələ Azərbaycan tərəfinin xeyrinə sülh yolu ilə həll olunmalıdır. Səfir əlavə etdi ki, Azərbaycanın rayonlarına səfər etməsində əsas məqsədi paytaxtda regionlar haqqında eşitdiklərini  öz gözləri ilə görməkdir. Ağstafada bu dinamik inkişafı görmək və hiss etmək ona çox xoş təəsurat bağışlamışdır.

                  

Hamlet QASIMOV,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında