Məhkəmə fəaliyyətində korrupsiya ilə mübarizə tədbirləri davam edir

Prezident İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tapşırıqların hər bir hakimə çatdırılması məqsədilə Məhkəmə-Hüquq Şurası (MHŞ) regional müşavirələr keçirmiş, mövcud problemlər, korrupsiyaya şərait yaradan hallar bütün hakimlərin iştirakı ilə təhlil olunmuşdur.
MHŞ-dan bildirmişlər ki, şurada yeni yaradılmış Korrupsiyaya qarşı mübarizə Sektoru tərəfindən vətəndaşların şikayətləri əsasında Bakı şəhərinin Yasamal, Binəqədi, Xəzər, Nizami rayon, Mingəçevir şəhər və Gədəbəy rayon məhkəmələrində keçirilmiş yoxlamalar nəticəsində korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verildiyi müəyyən edilmişdir.
Belə ki, bəzi hakimlər kobud süründürməçilik etmiş, məhkəmə proseslərində tərəflərin iştirakının təmin edilməsi üçün bütün lazımi tədbirləri görməyərək, cavabdehin prosesdən kənarda qalmasına, apelyasiya hüququnun əsassız məhdudlaşdırılmasına və digər pozuntulara yol vermişlər.
Bununla əlaqədar şura tərəfindən 6 hakim barədə intizam icraatları başlanılmışdır.
Hazırda korrupsiyaya şərait yaradan halların aşkar edilməsi və aradan qaldırılması üzrə tədbirlər davam etdirilir. Bu məqsədlə məhkəmələrdə mütəmadi monitorinqlər keçirilir, vətəndaşların müraciətlərinin hərtərəfli, o cümlədən yerində yoxlanılması təmin olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında