Türkiyədə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışı olub

Türkiyənin qədim bölgələrindən biri olan Aydın vilayətində, Nazillidə Qarabağ parkı və Xocalı soyqırımı abidəsinin açılışında yüzlərlə Azərbaycansevər  iştirak edib. “Nazillinin mərkəzində yerləşən Qarabağ parkı və Xocalı soyqırımı abidəsi Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü ilə hazırlanıb”. Bunu parkın və abidənin açılışında Nazilli bələdiyyəsinin sədri Haluk Alıcık deyib.

Tanınmış heykəltaraş Aydın Korkmaz tərəfindən hazırlanan, ürəyi və ona saplanmış oxu, xəncəri göstərən abidə üzərində Xocalı soyqırımı qurbanlarını əks etdirən heykəltəraşlıq fiqurları--fəryad edən ana təsviri və geniş məlumat öz əksini tapıb.

Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Çıxışında ”biz Azərbaycanın səsi olmağa hər zaman hazır olduq və bu, sözdə qalmadı”-- deyən Nazilli bələdiyyəsinin rəhbəri Haluk Alıcık “Qarabağın adını Nazillidə yaşatmağın qürurunu yaşayırıq”-- deyib.

Qənirə Paşayeva ümumilli lider Heydər Əliyevin ifadə etidiyi kimi "Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünün birliyini göstərməlidir”-- deyib: "Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olsanız, səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. Bir neçə gün sonra qədim Xocalımızın qəsbkar Ermənistan tərəfindən işğal olunduğu və soydaşlarımıza qarşı dəhşətli soyqırımın törədildiyi gündür və bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq, birliyimizi daha da gücləndirməliyik”.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi mesajlara xüsusi toxunan Q.Paşayeva dövlət başçımızın bu mesajlarla əsl qardaşlığın necə olduğunu dosta da, düşmənə də göstərdiyini xatırladıb. O,  bu gün Türkiyədə bu cür tədbirlərin keçirilməsinin önəmini, eyni zamanda, torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb. Deputatın Nazillilərə səslənərək "Biz bilirik ki, siz Nazilli olduğunuz qədər də Qarabağlısınız"-- çağırışına yüzlərlə insan bir ağızdan "Biz də Qarabağlıyıq",-- deyə cavab verib.

Azərbaycan Milli Elmlər Akademiyasınını Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, siyasət şöbəsinin rəhbəri, professor Rəna Mirzəzədə, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin rəhbəri Arzu Bağırova çıxış edərək Qarabağ həqiqətləri, Xocalı soyqırımı ilə, “Xocalıya Ədalət” kampaniyası ilə bağlı geniş məlumat veriblər və bu cür abidələrin açılmasının önəmini xüsusi vurğulayıblar.

Nazilli icra başçısı çıxışında “Hər zaman qardaş Azərbaycanın yanındayıq”-- deyib. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən Prezident yanında QHT-na Dəstək Şurasının dəstəyi ilə "Qarabağdan Nazilliyə könül körpüsü” layihəsi çərçivəsində keçirilən tədbirdə parkın açılış lenti Əməkdar artist Nuriyyə Hüseynovanın oxuduğu “Qarabağ şikəstəsi”nin sədaları ilə kəsilib. "Qarabağ şikəstəsi”ni və "Çırpınırdı Qara dəniz”i hamı birlikdə ifa edib.

Q.Paşayeva bildirib ki Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində Xocalı, Qarabağ adı ilə abidələr və parkların açılması ənənəsi davam edir. Xocalı soyqırımı abidəsinin önündə toplaşan qonaqlar Nazillinin mərkəzində "Qarabağ  parkı”nın və “Xocalı soyqırımı” abidəsinin bundan sonra nazillilərin, aydınlıların ən çox ziyarət yerinə çevriləcəyini deyiblər. Deputat abidənin hazırlanmasında dəstək verən və əməyi olan hər kəsə təşəkkürünü bildirib. Açılışdan sonra "Qarabağdan Nazilliyə könül körpüsü” layihəsi çərçivəsində Xocalı soyqırımı ilə bağlı geniş konfrans keçirilib.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında