Məcburi köçkünlərə dövlət qayğısı son illər daha da güclənmişdir

Ölkəmizdə həyata keçirilən davamlı daxili və xarici siyasət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz yurd-yuvalarından qovulmuş bir milyondan çox qaçqın və məcburi köçkün tərəfindən dəstəklənir. İnanırıq ki, bu siyasət işğal altında olan torpaqlarımızın azad edilməsi və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin edəcək. Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqət mərkəzində olmuşdur. Hələ ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində bu kateqoriyadan olan insanlara böyük qayğı var idi. Son illər isə bu qayğı daha da artmışdır.

 Məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi ilə bağlı üç dövlət proqramı qəbul olunmuşdur.

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu barədə ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu günə qədər 265 min köçkün yeni evlə, mənzillə təmin edilmişdir. Keçən il Cocuq Mərcanlı kəndinin bərpası həyata keçirilmişdir. Bildirilmişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Bu məsələyə çox böyük diqqət göstərilir. 2018-ci ildə 20 min köçkünün yeni evlərlə təmin ediləcəyi də diqqətə çatdırılmışdır.

Bu gün məcburi köçkünlər rahat mənzillərdə yaşayır, onların məşğulluğu qismən təmin olunmuş, təhsil və səhiyyə problemləri həll edilmişdir.

Qubadlı rayonundan olan məcburi köçkünlər dövlətimizin qayğısını yüksək qiymətləndirirlər. Bizə yaşamaq üçün hər cür şərait yaradılmışdır. Uşaqlarımız müasir tipli məktəblərdə təhsil alır, xəstələrin müalicəsi üçün ­müasir avadanlıqla təchiz olunmuş poliklinikada müayinə və müalicə olunurlar. Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən məcburi köçkünlərimizin bütün problemləri vaxtında öz həllini tapır.

Mən həkiməm, rayon mərkəzi xəstəxanasına rəhbərlik edirəm. Bu günlərdə respublikamızın hər yerində olduğu kimi, Qubadlı rayonu əhalisi də pulsuz tibbi müayinədən keçirilir.

Biz məcburi köçkünlər yaxşı bilirik ki, tezliklə öz doğma torpaqlarımıza qayıdacağıq. Bizdə bu inamı yaradan dövlətimizin ildən- ilə güclənməsi, respublikamızın hərbi qüdrətinin artmasıdır.

Qarşıdan prezident seçkiləri gəlir. Biz məcburi köçkünlər də bu seçkilərdə fəal iştirak edəcək, haqqa, ədalətə səs verəcəyik.

Nüsrət ƏHMƏDOV,
Qubadlı rayon Mərkəzi Xəstəxanasının baş həkimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında