Mingəçevirdə seçki ilə bağlı kurslar

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”əsasında 47 saylı Mingəçevir seçki dairəsi dairə seçki komissiyasının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış 3 günlük kurslara başlanılmışdır.

47 saylı Mingəçevir DSK-nin sədri Oqtay Məmmədov seçici siyahıları ilə işin aparılması,seçki –qabağı təşviqatın aparılmasına şərait yaradılması,bildirişlərin seçicilərə çatdırılması və s.bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komisiyaları ilə səmərəli əlaqələrin qurulması istiqamətində görüləcək işlərdən danışıb.

Daha sonra Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov seçki hüququ və onun təminatının qanunvericilik əsasları,aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən seçki hüququnun qorunması mexanizimlərindən söz açıb.

Mingəçevir şəhər Məhkəməsinin sədri Usaməddin Osmanov seçki prosesində KİV-lərin rolu,yerli və xarici mşahidəçilərin hüquq və vəzifələrindən danışıb.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında