Kürdəmirdə istixanaların sayı artırılır

Son illərdə Kürdəmir rayonunda tərəvəzin örtülü quruntlarda yetişdirilməsi genişləndirilib, 8  hektaradək sahədə 37 fiziki və hüququ şəxs tərəfindən 98 istixana təsərrüfatı yaradılıb.

Yaradılan istixanalarda fermerlər əsasən xiyar və pomidor məhsullarının yetişdirilməsi ilə məşğul olurlar. Rayonun Mürtülü, Xırdapay, Atakişili, Qocalı kəndlərinin sakinləri bu sahədə daha yaxından çalışır, istixanalardan bol məhsul əldə edirlər.

Ötən il istixanalarda yetişdirilmiş 500 tondan çox xiyar və pomidor respublikanın və rayonun bazarlarında satılmış, eyni zamanda  200 tondan çox məhsul ixraca yönəldilmişdir.

Ölkə Prezidentinin  tapşırığına  əsasən  rayona  investisiya qoyuluşu məqsədilə cəlb edilmiş  sahibkarlar tərəfindən ötən il  Atakişili  kəndinin ərazisində 2 hektar  sahədə və Beyi  kəndi ərazisində isə 0,40 hektar sahədə müasir istixananın tikintisi başa çatdırılıb və istifadəyə verilib.

Bundan əlavə rayonun Mollakənd kəndində “Geotermal Aqro” MMC tərəfindən təbii üsulla yerdən çıxan  isti sudan istifadə olunmaqla 50 hektar sahədə istixanaların salınması nəzərdə tutulub. Hazırda işin təşkili istiqamətində tədbirlər görülür. İstixana tam gücü ilə işə salındıqdan sonra 500 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulmuşdur.

 

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında