Xocalı soyqırımı Qazağın gənc rəssamlarının fırçasında

          Qazaxdakı Dövlət Rəsm Qalareyasında Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan sərgi açılıb və burada həmin faciəni özündə əks etdirən 60 rəsm əsəri nümayiş olunub. Rayon icra hakimiyyətinin dəstəyi və gənc rəssam Akif Əmirovun təşkilatçılığı ilə keçirilən sərgidə qalereyanın dərnək üzvlərinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin və rayonda təhsil alan orta məktəb şagirdlərinin əl işləri yer alıb. 

          Sərgi ilə ilk tanış olan tamaşaçılar arasında rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov da olub. Akif Əmirov rayon rəhbərinə sərgi barədə ətraflı məlumat verib. 
          İcra hakimiyyətinin başçısı Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğunu qeyd edərək məktəblilərin əl işləri ilə yaxından tanış olub. Bildirib ki, uşaqlar Xocalı faciəsini öz gözləri ilə görməsələr də çəkdikləri rəsmlərdə faciəni canlandıra biliblər. Rəsmlərdə düşmənlərə nifrət və Xocalıya ədalət çox canlı şəkildə əks olunub. 
          Uşaqlar çəkdikləri rəsmlər haqqında məlumat verməklə yanaşı, Xocalıya həsr edilmiş şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar oxuyublar. Qərənfillərdən və yanan şamlardan hazırlanmış kompozisiya sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.

                   Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında