Gənclər Sumqayıt Texnologiyalar Parkında

       Sumqayıt Şəhər İcra Hakimiyyəti və şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt Dövlət texniki Kollecinin bir qrup tələbəsi  Sumqayıt Texnologiyalar Parkına ekskursiya edib. 

Ekskursiyanın məqsədi “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının icrasını təmin etmək, gənclər peşə bilikləri haqqında əyani olaraq məlumatlandırmaq, gələcəkdə hansı peşələrə yiyələnmələri mövzusunda məsləhətləşmələrin aparılmasından ibarət idi.  

İstehsalat sahələri ilə tanışlıqdan öncə tələbələrə regionda texnoparkların yaradılmasının pioneri sayılan, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksi olan Texnologiyalar Parkı haqqında məlumat verildi. Xatırlandı ki, STP 2009-cu il dekabr ayının 22-də dövlət başçısı cənab İlham Əliyevin iştirakı ilə istismara verilmişdir.

Sonra ekskursiya iştirakçıları Elektrik avadanlıqları, Kabel, Alüminium əritmə, Müxtəlif ölçülü plastik boru istehsalı, Qaynar sinkləmə və maşınqayırma zavodları ilə tanış oldular. STP-nin bütün zavodlarının Avropada istehsal olunmuş ən yeni texnoloji avadanlıqla təchiz edildiyi, istifadə olunan xammalların  Avropanın qabaqcıl ölkələrindən idxal olunduğu xüsusi vurğulandı.   

 Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsindən müxbirimizə bildiriblər ki, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Sumqayıtda açılışında işirak etdiyi digər sənaye müəssələrinə və mədəni-ictimai obyektlərə də ekskursiyaların təşkili davam etdiriləcək.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında