Tovuz kartof istehsalına görə kartofçuluq rayonu sayılan Gədəbəyi keçib

Ötən il Tovuzda 7 min 375 hektar sahədə kartof əkilmiş və 169 min tondan çox məhsul götürülmüşdür. Hər hektardan məhsuldarlıq 230,1 sentner təşkil etmişdir. Maraqlıdır ki, kartofçuluq rayonu kimi tanıdığımız Gədəbəydə 2017-ci ildə cəmi 127 min ton məhsul götürülüb. Orta məhsuldarlıq Tovuzdən iki dəfə aşağı olub, yəni hər hektardan cəmi 106 sentner məhsul əldə olunub.

Tovuz rayonunda hələ bəzi digər məhsul növləri üzrə əkin sahələrinin genişləndirilməsi səbəbindən kartof əkini sahələri azalıb və təbii ki,bu, məhsul istehsalının da aşağı düşməsinə səbəb olub.Rayon icra hakimiyyətində dedilər ki, bu itkini məhsuldarlığın yüksəldilməsi hesabına bərpa etmək fikirindəyik. Ötən il buna müəyyən dərəcədə nail olmuşuq, lakin bu da qənaətləndirici deyil. Kartofçuluğu inkişaf etdirmək üçün kefiyyətli toxumun alınıb cücərdilməsi istiqamətində işlər aparılır. Ötən ilin payızında Rusiya, Türkiyə və Ukraynadan 2 min 270 ton kartof toxumu gətirilmişdir. Kartof toxumu idxalı indi də davam etməkdədir. Dağ kəndlərində ənənəvi toxumçuluğun genişləndirilməsi üçün tədbirlər görmək nəzərdə tutulur.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında