Azərbaycan adına hörmət gətirən gəncəli iş adamı

Eldəniz Verdiyev lap yeniyetmə yaşlarından Rusiyaya köçüb. Hazırda Voronej şəhərində yaşayır.Rusiyanın müəyyən hissəsini əsasən meyvə-tərəvəzlə təmin edən və bu sahədə çox sistemli və dayanıqlı iş qurmağı bacaran Eldəniz Verdiyevin rəhbərlik etdiyi müəssisədə onlarla azərbaycanlı işləyir. Gəncəli sahibkar işi elə qurub ki, onun tez-tez iş yerinə baş çəkməsinə də ehtiyac qalmır. Özünün dediyi kimi aylarla işə getməsəm də iş gedəcək. "Uşaqlara çox inanıram. Neçə illərin sınağından çıxıblar. Bir də tapşırmışam ki, heç vaxt Azərbaycanı, azərbaycanlı olmağınızı unutmayın.Qərib ölkədə biz nümunə olmalıyıq".

Eldəniz Gəncədəki 38 nömrəli məktəbdə təhsil alıb,Azərbaycan Dövlət Aqrar Universitetini bitirib, üç övlad atasıdır.

Gəncəli iş adamının ən böyük xobbisi dünya ölkələrinə səyahət etmək, onların tarixini, adət-ənənələrini öyrənmək və bu barədə öz feysbuk səhifəsində məlumat verməkdir. İndiyədək xarici ölkələrin az qala yarısında olub.Həmişə də foto-aparatı çiynində. Onun çəkdiyi şəkillər o qədər gözəl, məzmunlu və diqqətçəkəndir ki, istənilən peşəkar fotoqraf ona həsəd apara bilər.

Eldəniz Verdiyev tez-tez öz səhifəsində «gedək Vətənə bir salam verək” yazaraq Gəncəyə gəlir. Burada qohum-əqrəbası, çoxlu dostları var.Kiçik bir biznes də burada qurub, bir neçə iş yeri açıb.

Həmyerlimizin bu günlərdə Maldiv adalarında olarkən çəkdiyi bir neçə şəkli dərc edirik. Baxın, özünüz qiymət verin.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

        

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında