“Gəncədə növbəti tibbi müayinə də yüksək səviyyədə keçiriləcək”

Bu sözləri müxbirimizə Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi, tibb elmləri doktoru, Əməkdar həkim Əlikram Məmmədov demişdir. Professor qeyd etmişdir ki, respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Gəncədə də fevralın 12-dən etibarən əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb. Tibbi müayinələrin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün əvvəlcədən tədbirlər planı tərtib olunub, müayinə olunacaq əhalinin sayı müəyyənləşdirilib. Şəhər icra  hakimiyyətində müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin qrafiki tərtib olunub. Şəhər sakinləri pulsuz tibbi müayinə ilə bağlı yaşadıqları ərazi üzrə poliklinikada profilaktik yoxlamalara cəlb edilib.

Yaşayış yerlərində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi, evdə olan yataq xəstələrinin müayinəsi məqsədi ilə səyyar həkim briqadaları təşkil olunub. Aparılan yoxlamalar zamanı ehtiyacı olanlar ambulator və stasionar müalicəyə cəlb edilir, zərurət yarandıqda ixtisaslaşmış tibb müəssisələrinə göndərilirlər.

Ötən illərdən fərqli olaraq bu il tibbi müayinələrin mütəşəkkil qaydada keçirilməsi üçün təcrübəli, yüksək ixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları yaradılıb, cədvəl tərtib edilib. İlkin xəstəliklərin aşkar olunması, belə xəstələrin dispanser qeydiyyatına götürülməsi sonrakı dövrlərdə onların müayinə və müalicəsində mühüm əhəmiyyət kəsb edir. Əhalinin sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyada ilk gündən Gəncə sakinləri fəal iştirak edirlər.

Qeyd edək ki, 2017-ci ildə Gəncədə keçirilən tibbi müayinələr zamanı 18 yaşdan yuxarı 228 mindən çox şəhər sakininin səhhəti yoxlanılıb. Bu il mayın 15-dək davam edəcək aksiya çərçivəsində isə 18 yaşdan yuxarı 238 minə yaxın sakinin müayinədən keçirilməsi nəzərdə tutulub.

Əlikram Məmmədov onu da əlavə etdi ki, səhiyyə nazirliyi və şəhər icra hakimiyyəti bu aksiyanın yüksək səviyyədə keçirilməsi üçün bizə hərtərəfli dəstək olurlar.

        

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında