Çernobıl qəzası iştirakçıları ilə görüş

Hər il aprel aynın 26-da MDB, həmçinin Şərqi Avropanın bir sıra ölkələrində XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının IV blokunda baş vermiş qəzanın ildönümü qeyd olunur. O zaman stansiyada baş vermiş partlayış və yanğın nəticəsində yaranmış radioaktiv bulud Şərqi Avropanın böyük bir hissəsini bürümüş, cənub istiqamətində isə böyük bir ərazini zəhərləmişdir.
Çernobıl qəzasının növbəti ildönümü ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində Çernobıl qəzasının aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinləri ilə görüş keçirildi. Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov bildirdi ki, bu dəhşətli qəza nəticəsində 7 min insan həlak olmuş, 25 min insan güclü radiasiyaya məruz qalaraq ömürlük şikəst olmuşdur. Ukrayna və Belorusiyada 300 min nəfər yaşayış yerini tərk etməyə məcbur olmuşdur.
II Dünya müharibəsi illərində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış atom bombalarının fəsadlarına bərabər tutulan bu qəzanın nəticələrinin aradan qaldırılması üçün o dövrdə analoqu olmayan "Sarkofaq" əməliyyatına SSRİ-nin bütün respublikalarından minlərlə insan cəlb olunmuşdu. 1986-cı ildə keçmiş SSRİ-nin digər respublikalarının nümayəndələri ilə birlikdə Azərbaycandan da 7 mindən çox insan bu qəzanın aradan qaldırılması üçün Çernobıla göndərilmişdi. Təhlükəli və ağır şəraitdə işləmək iştirakçıların əksəriyyətinin səhhətinə ciddi təsir göstərmişdi. Onların bir çoxu normadan artıq şüalanmaya məruz qalmış, səhhətlərinə ciddi ziyan toxunmuşdu. Hadisədən 24 il keçməsinə baxmayaraq bir çox iştirakçılar bu gün də əziyyət çəkirlər.
Çernobıl qəzasının tarixçəsinə dərindən bələd olan və o zaman əlil olmuş vətəndaşların vəziyyətini çox gözəl bilən ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, 1993-cü ilin sonlarında bu qəzanın ləğvində iştirak etmiş və həmin qəzadan zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında xüsusi sərəncam imzalamış və bununla da Çernobıl əlillərinə diqqət və qayğı artmışdır.
Toplantıda qeyd olundu ki, Səbail rayonunda Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş 90 nəfərin 52-i müxtəlif dərəcəli əlildir. Onlar dövlət tərəfindən müəyyən edilmiş təqaüd və müavinətlər alır, müraciət etdikləri zaman sanatoriya müalicəsi ilə təmin olunurlar. Respublikamızda radiasiya şüalanmasından əziyyət çəkən vətəndaşlar üçün xüsusiləşdirilmiş müalicə mərkəzinin yaradılması nəzərdə tutulur.
Sonda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları təqdim olundu.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında