Balakəndə satış-yarmarka təşkil olunub

Fevralın 17-də  Balakən rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  şəhərin Heydər Əliyev prospektində kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilib. Həftənin şənbə və bazar günləri təşkil olunacaq yarmarkaya səhər saat 10-da start verilib.  Yarmarkada yerli fermerlər və məhsul istehsalçıları tərəfindən alıcılara 35 adda müxtəlif növ ərzaq və kənd təsərrüfatı məhsulları təklif edilib. Məhsullar bazar qiymətlərindən 20-25 faiz ucuz satılıb. Yarmarkanın keçirilməsində əsas məqsəd fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, fermerlərlə emal müəssisələri və alıcılar arasında əlaqə yaratmaq, bazarlarda süni qiymət artımının qarşısını almaqdır.

Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və icra hakimiyyətinin məsul işçiləri satış-yarmarkaya gələrək məhsulların keyfiyyəti və qiyməti ilə maraqlanıblar.

Rayon sakinləri yarmarkadakı qiymətlərdən və yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

 

                                                                                     İlqar HƏSƏNOV,
                                                                  “Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında