Şəmkirdə əhalinin tibbi müayinəsinə başlanılıb

Şəmkirdə əhalinin tibbi müayinədən keçirilməsi işi artıq bir neçə ildir ki, tamamilə rayon icra hakimiyyətinin nəzarəti altındadır. Özü də bu iş təkcə nəzarət etməklə yekunlaşmır. Ortaya çıxa biləcək hər hansı problem yerindəcə həll olunur, digər texniki-təşkilati tədbirlər həyata keçirilir. İcra nümayəndələri, bələdiyyələr əhalinin məlumatlandırılmasında və maarifləndirilməsində yaxından iştirak edirlər.

Bugünlərdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov ölkə Prezidentinin tapşırığına əsasən, Şəmkirdə əhalinin tibbi müayinədən keçirilməsinin gedişi ilə yaxından tanış olmaq üçün rayon konsultativ poliklinika şöbəsində olmuşdur. Rayon rəhbərinə tibbi müayinənin təşkili barədə geniş məlumat verən Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov demişdir ki, bu iş konsultativ poliklinika şöbəsindən başqa 32 həkim məntəqəsi, 4 kənd və 3 qəsəbə xəstəxanasında aparılır. Həkim olmayan kəndlərdə əhalinin müayinə edilməsi üçün əlavə 3 həkim briqadası yaradılıb. Hər briqada terapevt, cərrah, endokrinoloq, stomotoloq və kardioloq həkimlə təmin olunub.       

Eyni zamanda rayon mərkəzi xəstəxanasında təşkil edilmiş xüsusi səyyar həkim briqadası əlillərin, sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi müayinəsini evlərdə və yaşadıqları ünvanda həyata keçirir. Baş həkim bildirib ki, xəstəlik aşkar edilmiş şəxslərin yerlərdə, zərurət yarandığı hallarda isə Bakı şəhərində və bölgələrdə fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunması, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.     

Rayon sakinləri ölkə başçısının bu nəcib təşəbbüsünü böyük minnətdarlıqla qarşılamışlar. Onlar poliklinikanın həkim heyəti, burada yaradılan şəraitdən razılıq etmişlər. Müayinədən keçən rayon sakinləri onların sağlamlıqlarının qeydinə qaldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildirmişlər.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında