Sel sularının yuduğu körpü yenidən tikilərək istifadəyə verilib

Lənkəran rayonunun Əşlə kəndində ötən ilin oktyabr ayında sel sularının yuduğu körpü yenidən tikilərək istifadəyə verilib. 

Tədbirdə çıxış edən icra başçısı Taleh Qaraşov əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edib. Regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət Proqramının uğurla icra edilməsindən, bu istiqamətdə Lənkəran rayonunda həyata keçirilən irimiqyaslı layihələrdən, Prezident İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar imzaladığı sərəncamların əhalinin rifah halının daha da yaxşılaşdırılmasına xidmət etməsindən söz açan natiq yeni ildə qarşıda duran həlli vacib məsələlərdən də danışıb.

Kənd sakinləri çıxışlarında onların sosial problemlərinin həllinə həssaslıqla yanaşdığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

T.Qaraşov rəmzi qırmızı lenti kəsdikdən sonra tədbir iştirakçıları və kənd sakinləri yeni körpünün üstündən keçiblər.

Qeyd edək ki, Əşlə kəndini Lənkəran şəhəri ilə 15 kilometrlik məsafə birləşdirir. Yeni tikilmiş körpü dörd yaşayış məntəqəsini – Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də yerli sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir. Uzunluğu 40, eni 4,5 metr olan  dəmir-beton konstruksiyalı, üç aşırımlı körpünün yükgötürmə qabiliyyəti 50 tondur. Betonlama işlərindən sonra körpünün üstü  asfaltlanıb.

 

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında