Zaqatala inkişaf edir

Zaqatala şəhərinin mərkəzində, Zərifə Əliyeva və Faiq Əmirov küçələrinin kəsişməsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yeni piyada keçidi inşa edilib.

Məlumata görə, 4 giriş-çıxışlı keçidin uzunluğu 124 metr, qalereyasının eni 5 metr, hündürlüyü isə 3 metrdir.

Dizayn-bəzək işləri zamanı keçidin döşəmə və yan divarları, həmçinin pilləkən hissəsi 1120 kvadratmetr ölçüdə qranit plitələrlə, çıxış divarları isə 440 kvadratmetr mərmərlə üzlənib, pilləkənlərə tutacaqlar quraşdırılıb.

Bundan başqa, layihə çərçivəsində yağış sularının axıdılması üçün keçiddə xüsusi boru xətti çəkilib, iki nasos qurğusu quraşdırılıb, həmçinin 9 yerdə təhlükəsizlik kameraları qoyulub.

Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla aparılıb.

Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun keçdiyi bu ərazidə günün əksər vaxtlarında nəqliyyat vasitələrinin intensiv hərəkəti müşahidə olunur və tez-tez tıxaclar yaranırdı. Ərazidə məktəb, xəstəxana, kənd təsərrüfatı məhsullarının satış-bazarı, iri ticarət obyektləri yerləşdiyindən nəqliyyat vasitələrinin intensiv hərəkəti piyadalar üçün müəyyən çətinliklər törədir, tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olurdu. Yeni inşa edilən yeraltı keçid piyadaların təhlükəsizliyinin təmin edilməsi baxımından da böyük əhəmiyyət daşıyır.

                                                                                                                         İlqar HƏSƏNOV,
                                                                                                                               “Xalq qəzeti”nin bölgə müxbiri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında