ABŞ-da "Qarabağ: keçmişə və gələcəyə baxış"adlı yeni təqvim çap edilmişdir

ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu 2011-2012-ci illər üzrə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə həsr olunmuş yeni təqvim çap etmişdir. "Qarabağ: keçmişə və gələcəyə baxış" adlanan təqvim Dağlıq Qarabağ bölgəsinin keçmişini və özünəməxsus ruhunu ifadə edir.
Fondun Avropa və MDB ölkələri üzrə nümayəndəliyindən bildirmişlər ki, Dağlıq Qarabağın gözəl təbiətini və füsunkar mənzərəsini əks etdirən şəkillərdən ibarət təqvimdə Azərbaycan xalqının sevimli musiqi, rəqs, mətbəx və adət-ənənələri haqqında məlumatlar yerləşdirilmişdir. Fond tərəfindən seçilmiş mövzular Dağlıq Qarabağın Azərbaycan mədəniyyətində əhəmiyyətli yer tutduğunu göstərir.
Bu link ilə (www.karabakhfoundation.org/pages/shop/) Qarabağ fondunun internet mağazasına daxil olub təqvim və satışdakı digər əşyaları əldə etmək olar. Təqvim ABŞ-da çatdırılma ilə birgə 13 dollara satılır. Bu təqvimin satışa çıxarılmasının əsas məqsədi Azərbaycanı, eləcə də Dağlıq Qarabağ bölgəsini və bütünlükdə Cənubi Qafqazı ABŞ ictimaiyyətinə tanıtmaqdır.
Qeyd edək ki, 2009-cu ilin noyabrında ABŞ-da yaradılmış Qarabağ Fondu QHT-lərə verilən 501 (C) 3 statusuna malikdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında