Biləsuvar: İnsan amilinə kreativ yanaşma uğurların artmasına müsbət təsir göstərir

Muğan düzünün gözəl diyarı olan Biləsuvarda il-ildən uğurlu gəlir. Elə ötən il də bu baxımdan istisna təşkil etməyib. İqtisadiyyat inkişaf etdirilib, camaatın güzəranı bir qədər də yaxşılaşıb.

İllik hesabat yığıncağında biləsuvarlılar həm nailiyyətləri sərf-nəzər etdilər, həm də qarşıda duran vəzifələri müəyyənləşdirdilər. İcra hakimiyyətinin başçısı Mahir Quliyev hesabat məruzəsində bildirdi ki, rayonda ötən il sürətli sosial-iqtisadi inkişaf təmin edilmiş, həm də dövlət başçısı cənab İlham Əliyevin rayon üçün ənənəvi sahə olan pambıqçılığın inkişafı ilə bağlı verdiyi tövsiyələr uğurla yerinə yetirilmişdir.   

Rayon üzrə 11351,8 hektar sahədə pambıq əkini aparılmış və  24762 ton məhsul toplanmışdır. Məhsul yığımına görə Biləsuvar respublikada ikinci olmuşdur. Məhsulun becərilməsi və toplanması dövründə 20 minə yaxın adamın  məşğulluğu təmin edilmiş, pambıqçılar 15 milyon manata yaxın gəlir əldə etmişlər. Pambıqçılıq sahəsindəki nailiyyətlərinə görə Aşağı Cürəli kəndindən fermer  Fazil Musayev Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə I dərəcəli “Əmək  ordeni” ilə təltif edilmişdir. 2018-ci ildə biləsuvarlıların qarşısında pambıq əkinlərini daha da genişləndirmək kimi məsuliyyətli vəzifə durur. 

Yeni yaradılmış “Yaşıl ada” Aqroparkında ötən dövrdə 10 min tonluq anbar və ofis binası tikilmiş, 8 kilometrlik elektrik xətləri çəkilmiş, transformator quraşdırılmış, 10 kilometrlik suvarma kanalı lildən təmizlənmiş,  6 kilometr uzunluğunda çınqıl örtüklü yol çəkilmiş və 5 ədəd kənd təsərrüfatı texnikası  alınmışdir. Hazırda 6,5 kilometrlik beton kanal çəkilir. Bu il aqroparkda min hektar ərazinin  suvarılmasında müasir  pivot qurğularından istifadə olunacaq. 2017-ci ildə aqroparkda  435 hektar pambıq, 65 hektar buğda, 400 hektar qarğıdalı bitkisi əkilərək becərilmişdir. Hazırda həmin ərazdə 530 hektar sahədə  buğda, 764 hektar sahədə isə arpa əkilmişdir. Bu il əlavə olaraq 300 hektarda pambıq, bir o qədər sahədə qarğıdalı, 50 hektarda soya və 50 hektarda günəbaxan bitkisinin əkilməsi nəzərdə tutulmuşdur. “Aqroinvestment Green Firm” MMC adlanan və  5000 hektar ərazini əhatə edən ikinci aqroparkda isə suvarma məqsədilə Araz çayından 54,2 kilometrlik qolun tikintisinin birinci hissəsi başa çatmış, hazırda kanalda beton üzlük çəkilişi işlərinə başlanılmışdır. 2018-ci ildə aqroparkda 450 hektar buğda, hər birindən 50 hektar olmaqla qarğıdalı, yonca, günəbaxan, şəkər çuğunduru və bostan məhsulları əkiləcək. 2017-cı ildə  rayonun taxıl sahələrindən 79,8 min ton məhsul əldə edilmişdir. 2018-ci ilin məhsulu üçün isə 26,2 min hektar taxıl əkilmişdir. Ötən il rayon üzrə iribuynuzlu mal-qara  41,3 min baş, xırda buynuzlu mal-qara isə 138.9 min baş təşkil etmişdir. Ötən il “Muğan düyü” MMC rayonda 1200 hektar torpaq sahəsini icarəyə götürmüş, yeni istehsal sahələrinin yaradılması məqsədilə  320 hektarda çəltik, 100 hektar sahədə qarğıdalı və bir o qədər  sahədə pambıq əkmişdir. MMC üzrə hazırda 100-ə yaxın  vətəndaş işlə təmin olunmuşdur. Rayonda yeni fəaliyyətə  başlamış müəssisə - “Azərtoxum” MMC 500 hektar sahədə qarğıdalı əkini aparmışdır. Bundan əlavə 11 istixana işə salınmışdır.

2017-ci ildə rayonda sahibkarlığın inkişafına kömək məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 62 sahibkara 1 milyon  manat kredit verilmişdir. Hesabat dövründə görülmüş işlər nəticəsində rayonda  2647  yeni iş yeri açılmışdır.

Mahir Quliyev bildirdi ki, hesabat dövründə rayonda ümumi məhsul buraxılışının həcmi  289,8 milyon manat olmuşdur. Məhsul buraxılışının həcmində kənd təsərrüfatının payı 111,6 milyon manatdır. Adambaşına düşən məhsul buraxılışının həcmi 2830 manata, orta aylıq əməkhaqqı isə 295,4 manata çatmışdır. Məşğulluq Mərkəzi vasitəsi ilə 13 ailə özünüməşğulluq proqramı üzrə işə cəlb olunmuş, onlara 61 min manatlıq istehsal vasitəsi verilmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə  9,7 milyon manat, sənaye üzrə 2,1 milyon manat  investisya cəlb olunmuşdur. Bundan əlavə, ötən il “Aqropark Yaşıl Ada” MMC-yə  1,2 milyon manat, digər xidmət sahələri üzrə isə 1,8 milyon manat investisya yatırılmışdır. Özəl investisiyaların cəlb edilməsi rayonun iqtisadiyyatının inkişafına,  əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsininə xüsusi təkan vermişdir. Bunun nəticəsində 400-dən  çox daimi iş yeri yaradılmışdır.

Hesabat ilində rayonda tikinti və abadlıq sahəsində də xeyli işlər ğörülmüşdür. Ələt-Astara, Biləsuvar-İran sərhəddi magistral avtomobil yollarında  böyük həcmdə yol təmiri işləri aparılmışdır. Əliabad kəndinin mərkəzi küçəsində 2 kilometr yol asfaltlaşdırılmışdır. Hazırda  Bayraq Muzeyi və Gənclər Mərkəzi tikilir.   “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında“ Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Zəhmətabad kəndində yerləşən su anbarından rayonun Bəydili və Xırmandalı kəndlərinə yeni su xətti çəkilmiş, Bəydili kəndində 25 ədəd, Xırmandalı kəndində isə 52 ədəd bulaq tikilib istifadəyə verilmişdir. Şəhər ərazisində kanalizasiya sisteminin tikintisi davam etdirlir. Həmçinin  kanalizasiya çəkilişi zamanı yararsız vəziyyətə salınmış  4,5 kilokmetr uzunluğunda şəhərdaxili yollara asfalt-beton örtük döşənmişdir. 20,5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 15,4 kilometr olan Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun tikintisinə başlanılmışdır. 

 Hesabat yığıncağında Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və Prеzidеnt Аdministrаsiyаsının məsul işçisi Habil Əzənmədov çıхışlarında ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə rеspublikаmızda görülən işlərdən ətraflı bəhs etdilər, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkəmizin inkişafı ilə bağlı cari ildə qarşıya qoyulan hədəfləri açıqladılar.

Sonda rayonun ictimai-siyasi həyatında xidmətləri ilə fərqlənənlər mükafatlandırıldılar. Ölkə başçısının  sərəncamına əsasən təltif olunmuş Pöhran Şahbazova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı   təqdim olundu.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında