DSX narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizədə böyük uğurlar əldə etmişdir

Dövlət Sərhəd Xidməti (DSX) narkotik maddələrin qaçaqmalçılığına qarşı mübarizədə çox böyük uğurlar əldə etmişdir.
Bunu jurnalistlərə DSX-nın rəisi, Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev bildirmişdir.
E.Quliyev demişdir ki, Azərbaycan dövləti narkotik maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mühüm tədbirlər görür. DSX-nın quru və su sərhədlərindəki nəzarət buraxılış məntəqələri yüksək standartlara cavab verən texniki avadanlıqla təmin olunaraq xüsusi iş rejiminə keçmişlər. Xidmətin şəxsi heyətinin peşəkarlığının artırılması, yüksək ixtisaslı kadr hazırlığı da daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, narkotiklərin qanunsuz dövriyyəsinin, daşınmasının, dövlət sərhədlərinin pozulmasının qarşısının alınmasında xeyli uğurlar qazanılmışdır.
E.Quliyev qeyd etmişdir ki, narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün DSX hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında