Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər görülür

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir.
İclasda Şuranın korrupsiyaya qarşı mübarizə üzrə 2011-ci il fevralın 4-də keçirilmiş geniş iclasında qarşıya qoyulmuş konkret tapşırıqların icrası vəziyyəti ilə bağlı məlumat dinlənilmişdir.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd edilmişdir ki, Prezident İlham Əliyevin korrupsiyaya qarşı qəti mübarizənin aparılması ilə bağlı tapşırıqlarından irəli gələn vəzifələrin hər bir hakimə çatdırılması məqsədilə bütün hakimlərin və Şura üzvlərinin iştirakı ilə regional müşavirələr keçirilmiş, nöqsanlar, problemlər ətraflı təhlil olunmuş, korrupsiya, süründürməçilik və digər mənfi halların aradan qaldırılması üçün tədbirlər müzakirə edilmişdir.
Şurada vətəndaşların qəbulu qaydalarının təkmilləşdirildiyi, onların qəbulu üçün əlavə otağın istifadəyə verildiyi, müraciətlərin elektron qəbulu, hərtərəfli və dolğun araşdırılması üzrə əlavə tədbirlər görüldüyü bildirilmişdir.
Qeyd olunmuşdur ki, vətəndaşların hüquqlarının təmin edilməsi vəziyyəti ilə bağlı məhkəmələrdə monitorinqlər keçirilmişdir.
Monitorinq nəticəsində korrupsiyaya şərait yaradan hüquqpozmaların, o cümlədən tərəflərin məhkəmə proseslərində iştirakının təmin edilməsi üçün bütün lazımi tədbirlərin görülməməsi, bəzi hallarda cavabdehin prosesdən kənarda qalması, apellyasiya hüququnun əsassız məhdudlaşdırılması və digər pozuntular aşkar edilmiş, 6 hakim barədə intizam icraatları başlanılmışdır.
İclasda, həmçinin hakim barədə intizam icraatına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulması hallarına yol verdiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin hakimi Ələkbər Hüseynova töhmət verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında