“Agro Dairy” MMC-nin nümayəndələri ADAU- da olub

          Respublikamızda aqrar sahədə fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan «Agro Dairy» MMC-nin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinə işgüzar səfər ediblər. Qonaqları qəbul edən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin tarixi, mövcud vəziyyəti, aqrar təhsilə dövlət dəstəyi, maddi-texniki baza, aparıcı şirkətlərlə əməkdaşlıq əlaqələrinin  zəruriliyi və bu istiqamətdə görülmüş işlər barədə danışıb.

          Şirkətin sahə üzrə meneceri, doktor Aleksander zu Dreele səmimi qəbula görə rektora dərin təşəkkürünü bildirərək, son illərdə universitetin əldə etdiyi uğurları yüksək qiymətləndirmiş, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə maraqlı olduğunu qeyd etmiş və demişdir ki, son illərdə şirkətdə çalışan ADAU məzunlarının sayı nəzərəçarpacaq dərəcədə artmışdır.

          Görüşdə aqronomluq və digər kənd təsərrüfatı ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübələrinin, praktiki dərslərin müəssisədə təşkili, mütəxəssis mübadiləsi, eksperimental tələbə qruplarının formalaşdırılması və onlara intensiv dərslərin keçirilməsi, tədris prosesinin birgə təşkili və monitorinqi, maddi-texniki bazadan istifadə məsələləri müzakirə olunub. 

          Qeyd edək ki, «Agro Dairy» MMC və ADAU arasında  əməkdaşlığın əsası 2017-ci ildə qoyulmuşdur. İlkin mərhələdə,  ADAU-da təşkil olunmuş traktor və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması üçün təşkil olunan sürücülük kurslarını müvəffəqiyyətlə başa vurmuş və sürücülük vəsiqəsi əldə etmiş tələbələrdən bir qrupu şirkətdə taxıl biçini prosesində yaxından iştirak edib.

                  

                        Hamlet Qasımov,
Xalq qəzetinin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında