Şəmkirli qonaqlar Smolenskdə

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Smolensk vilayətində rəsmi səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovski ilə görüş keçirib.

Görüş zamanı qonaqları salamlayan vilayət qubernatoru deyib: « Bir qədər əvvəl bizim Şəmkirə gedən sahibkarlarımızı yüksək səviyyədə qarşıladığınız üçün Sizə hədsiz minnətdarlığımı bildirirəm. Rayonunuzda səfərdə olan nümayəndə heyəti Şəmkir haqqında mənə ətraflı məlumat verib. Bütün sahələrdə inkişafının çiçəklənmə dövrünü yaşayan Azərbaycanın belə bir imkanlara malik bir bölgəsinin olması bizi sevindirir. Etiraf edim ki, məndə Şəmkir haqqında çox gözəl təəssürat yaranıb və yaxın zamanlarda şəhərinizi görməkdən məmnun qalaram”.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da öz növbəsində Smolensk vilayətinin qubernatoruna yaradılan şəraitə görə dərin təşəkkürünü bildirib: “Bu gün Şəmkir və Smolensk arasında belə isti münasibətlərin qurulması ölkələrimiz arasında olan dostuq münasibətlərinin bariz nümunəsidir. Heç sübhəsiz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin arasında olan dostluq münasibətləri bizim əlaqələrimizi daha sıx və səmərəli qurmağımıza imkan verir”.

Bir sıra qarşılıqlı iş birliyi və dostluq münasibətlərinin müzakirə olunduğu görüşün sonunda Alimpaşa Məmmədov Smolensk vilayətinin qubernatoru Aleksey Ostrovskini Şəmkirə səfərə dəvət edib və deyib ki, çox istərdik şəhərlərimiz arasındakı isti münasibətləri nəzərə alaraq, Şəmkirlə Smolensk arasında qardaşlaşmış şəhərlər statusu rəsmiləşdirilsin.

Rəsmi dəvətə görə dərin təşəkkürünü bildirən vilayət qubernatoru yaxın zamanlarda geniş heyətlə Şəmkirə səfər edəcəklərini bildirib.

Sonda şəmkirli qonaqlara hədiyyələr təqdim olunub. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da öz növbəsində nümayəndə heyəti adından qubernatora Qarabağ xalçası hədiyyə edib.

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında