Macarıstanın Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməməyi tövsiyə etmişdir

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə arzuolunmaz səfərlərdən çəkinmək barədə Polşa, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və İspaniyanın Xarici İşlər nazirlikləri öz ölkələrinin vətəndaşlarına xəbərdarlıq etmişlər.
Növbəti bu cür xəbərdarlıq Macarıstanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında da yerləşdirilmişdir. Bu ölkənin xarici siyasət idarəsi vətəndaşlarına Azərbaycanın müvafiq rəsmi qurumlarına qabaqcadan məlumat vermədən işğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və onun ətrafındakı ərazilərə səfər etməyi məsləhət görmür.
Macarıstanın XİN, eyni zamanda, öz vətəndaşlarını Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttinə yaxın ərazilərə getməkdən çəkindirir.
Qeyd edək ki, Macarıstan tərəfi indiyədək Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi saydığını və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduğunu bəyan etmişdir.{nl}

Pərvanə QARAYEVA, AzərTAc-ın xüsusi müxbiri
Budapeşt

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında