Nazirlər Kabineti dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi və texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi məqsədi ilə sərəncam qəbul etmişdir

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi və texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, həmçinin onların səmərəli istismar edilməsi və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə Nazirlər Kabineti fevralın 18-də sərəncam qəbul etmişdir.
Sərəncama görə, su elektrik stansiyaları və onların suqəbuledici qurğuları istisna olmaqla, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara, Ceyranbatan su anbarları, onların mühafizə və sutənzimləyici hidrotexniki qurğuları Fövqəladə Hallar Nazirliyinin balansına verilmişdir.
Eyni zamanda, Fövqəladə Hallar Nazirliyinə tapşırılmışdır ki, su anbarlarının təhlükəsizliyinin təmin edilməsi qaydalarını və respublikada su ehtiyatlarının idarə olunması sistemi barədə təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında