Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü və döyüş sırasına yeni daxil edilən itisürətli qayıqlara baxış mərasimi keçirilmişdir

Fevralın 18-də Dövlət Sərhəd Xidməti (DSX) Sahil Mühafizəsinin yaradılmasının 6-cı ildönümü və döyüş sırasına yeni daxil edilən itisürətli qayıqlara baxış mərasimi keçirilmişdir.
Əvvəlcə itisürətli qayıqların dənizdə manevr elementləri nümayiş etdirilmişdir. Mərasim iştirakçıları qəza və baxış qruplarının təchizat və avadanlığı ilə tanış olmuşlar.
Sahil Mühafizəsinin klubunda ildönümü münasibətilə keçirilən tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev çıxış edərək şəxsi heyəti təbrik etmişdir.
E.Quliyev ümummilli lider Heydər Əliyevin milli sərhəd siyasətinin yaradılması, Sahil Mühafizəsinin formalaşması, dövlət sərhədlərinin mühafizəsi sisteminin təşəkkülü, dəniz sərhədlərinin etibarlı qorunması istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirləri minnətdarlıq hissi ilə qeyd etmişdir.
Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Xəzər dənizində güclü sərhəd mühafizəsi infrastrukturunun yaradıldığını, DSX Sahil Mühafizəsinin Xəzər dənizinin Azərbaycana mənsub hissəsində dövlət maraqlarının müdafiəsini və sərhədlərin toxunulmazlığını yüksək səviyyədə təmin etməyə qadir hərbi birləşmə kimi formalaşmasını xüsusi vurğulamışdır.
Sahil Mühafizəsinin rəisi, general-mayor İlham Mehdiyev ölkə rəhbərliyinin DSX-nin Sahil Mühafizəsinin inkişafına diqqət və qayğısından, dəniz sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində görülən işlərdən danışmışdır. Bildirmişdir ki, bu gün Prezident İlham Əliyevin qayğısı sayəsində DSX-nin dəniz sərhədlərinin mühafizəsi işində yüksək inkişaf dinamikasına nail olunmuşdur.
Tədbirin sonunda xidmətdə fərqlənmiş dəniz sərhədçiləri təltif olunmuş, DSX-nin hərbi orkestri maraqlı konsert proqramı ilə çıxış etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında