Şəmkirdə şəkər çuğunduru istehsalı artır

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov "Azərşəkər" MMC-nin baş direktoru Anar Mehdiyev və baş texniki Əvəz Süleymanovla görüş keçirib.

Görüşdə rayonun Ceyrançöl ərazisində çuğundur əkini sahələrinin genişləndirlməsi üçün birgə əməkdaşlıq edilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Çuğundur əkini üçün Şəmkir rayonu ərazisində münbit torpaq sahələrinin mövcud olduğunu bildirən Alimpaşa Məmmədov rayon əhalisinin də bu işdə fəaliyyətini yüksək qiymətləndirib və qeyd edib ki 2016-cı il ərzində Ceyrançöl ərazisində 670 hektar sahədən 14 min ton şəkər çuğunduru əldə olunub.

"Azərşəkər" MMC-nin baş direktoru Azər Mehdiyev əkiləcək çuğundur sahələrində aqrotexniki qaydalara əməl edilməsini və texniki təminatın vacib sayıldığını bildirib. Çuğundur sahələrinin Şəmkir rayonu ərazisində genişləndirilməsi üçün birgə fəaliyyətin labüd olduğu diqqətə çatdırılıb.

Rəsmi görüşdən sonra "Azərşəkər" MMC-nin əməkdaşları ilə birgə rayonun Ceyrançöl ərazisində çuğundur əkini üçün mövcud torpaq sahələrinə baxış keçirilib.

 

Hamlet QASIMOV,
"
Xalq qəzeti"nin bölgə müxbiri.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında