Qazaxda yeni xəstəxana binası tikilir

Qazaxda 145 çarpayılıq Mərkəzi Xəstəxana binası inşa olunur və burada son tamamlama işləri aparılır. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov işin gedişi ilə tanış olmaq üçün tikinti meydançasında olub.

Baş iş icraçısı Calal Əfəndiyev rayon rəhbərinə məlumat verib ki, hazırda tikinti işləri ilə 10 briqada məşğul olur. Binanın örtük hissəsində tamamlama işləri artıq qurtarmaq üzrədir. Fasad hissəsində aparılan suvaq işləri də yekunlaşır. Binanın daxilində işlər demək olar ki, başa çatdırılıb. Hazırda elektrik və havalandırma işləri həyata keçirilir, sanitar qovşaqlarına metlax və kafel döşənir, pilləkənlərə üzlük vurulur.    

Qeyd olunub ki, tikintidə bütün işlər paralel aparılır. Binanın daxili ilə yanaşı çöl hissəsində də abadlıq- tikinti işləri görülür. Binanın ətrafına hasar çəkilib, Giriş hissəsinə  aqlay vurulub, işıqlandırma sistemi qaydaya salınıb, qazanxana binası inşa olunur, iki ədəd su hovuzu tikilir.

Rəcəb Babaşov burada hər hansı bir problemin olub-olmaması ilə maraqlanıb və konkret tapşırıqlarını verib, öz tövsiyələrini bildirib.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında