Qəbula təkcə şikayəti olanlar gəlməmişdi…

Kəpəz rayonun idarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri rayon icra hakimiyyətinin başçısı Eldəniz Xudiyev tərəfindən dinlənilib. Vətəndaş qəbulunda işlə təminat, fərdi mənzillərin təmiri, su-kanalizasiya xətlərinin bərpası, keçə işıqlandırılması və digər məsələlərlə  bağlı problemlər səsləndirilib.

Eldəniz Xudiyev vətəndaşların problemlərinin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə xüsusi tapşırıqlarını verib. Əhalisi 6000 nəfərə yaxın olan Şıxzamanlı qəsəbəsində keçirilən bu səyyar qəbulda 52 nəfər müraciət edib. İşlə bağlı müraciətlər yerindəcə öz həllini tapıb. Qəbulda həmçinin müraciətləri həll olunan və minnətdarlıq üçün gələnlər də iştirak etmişlər.

Qeyd edək ki, rayon ərazisində vaxtaşırı keçirilən səyyar qəbullar vətəndaşların razılığına səbəb olur.

 

Hamlet Qasımov,
«Xalq qəzeti»nin bölgə müxbiri

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında