Hacıqabul: Ötən il məhsul istehsalı 12,8 faiz artmışdır

Hacıqabul Rayon İcra Hakimiyyətinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov, bildirmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əvvəlki illərdə olduğu kimi, 2017-ci il ərzində də bütün sahələrdə sürətli inkişaf baş vermiş, ölkəmizin müdafiə qüdrəti daha da güclənmiş, beynəlxalq mövqelərimiz möhkəmlənmişdir.

Sevindirici haldır ki, ötən il Hacıqabul rayonu üçün də uğurlu olmuşdur. Belə ki, hesabat ilində iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışı artaraq 322 milyon 779 min manata çatmışdır. Məhsul buraxılışında qeyri-dövlət sektorunun payı 2016-cı ilə nisbətən 12,8 faiz yüksələrək 68,8 faiz olmuşdur. Sənayedə məhsul buraxılışının həcmi 18,9 milyon manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 1,5 milyon manat çoxdur.

Məruzəçi qeyd etmişdir ki, 2017-ci ildə əsas kapitala investisiya qoyuluşu 93 milyon 450 manat olmuşdur. Bu, ümumilikdə 2016-cı ilə nisbətən 73 milyon manat çoxdur. Rayonda fəaliyyət göstərən tikinti təşkilatlarının gücü ilə 2 milyon 344 min manatlıq iş görülmüşdür. Hesabat ilində 1 milyon 169 min kvadratmetrlik ümumi mənzil fondu istifadəyə verilmişdir.

Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. 2017-ci ildə rayonda kənd təsərrüfatı məhsulları istehsalının həcmi 129 milyon 731 min manat təşkil etmişdir. Ötən il zəmilərdən 44861 ton taxıl məhsulu əldə olunmuşdur. 2017-ci təsərrüfat ili ərzində 1267 ton pambıq, 11675 ton bostan, 6796 ton tərəvəz məhsulu, 5142 ton qarğıdalı, 461 ton kartof, 2550 ton şəkər çuğunduru, 190 ton soya, 11314 ton meyvə, 262 ton üzüm istehsal olunmuşdur. İl ərzində yumurta istehsalı 23 milyon ədəd artaraq, 350 milyon 497 min ədəd, yun istehsalı isə 3 ton artaraq 228 ton təşkil etmişdir. Hesabat dövründə diri çəkidə 8274 ton ət, 17 min 253 ton süd istehsal edilmişdir.

Yeri gəlmişkən, ötən ildən etibarən rayonda yeni sahənin - baramaçılığın inkişafı istiqamətində tədbirlər görülməyə başlanılmışdır. Bu məqsədlə rayon ərazisində 33 min tut ağacı yetişdirilmişdir ki, bunun 5 min ədədi ötən il əkilmişdir. 2017-ci ildə rayon kümçüləri tərəfindən artıq 250 kiloqram barama istehsal edilmişdir. Bu il bu göstəricinin xeyli artacağı proqnozlaşdırılır.

Rayon melioratorları da ötən il öhdələrinə düşən mühüm vəzifələrin öhdəsindən uğurla gəlməyə çalışıblar. Belə ki, 2017-ci ildə rayonda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün rayon Suvarma Sistemləri İdarəsi tərəfindən 232 kilometrə yaxın magistral və təsərrüfatdaxili kanallarda lildən təmizləmə işləri yerinə yetirilmişdir. Əkinlərin suvarılması üçün su mənbələrindən 90,76 milyon kubmetr su götürülmüşdür.

Rayon ərazisində tikinti-quraşdırma, abadlıq və yenidənqurma işləri davam etdirilmişdir. Son illər ölkə Prezidenti cənab İlham Əliyevin Hacıqabul rayonuna çoxsaylı səfərləri zamanı rayonun daha da inkişaf etdirilməsi, əhalinin sosial-məişət ehtiyaclarının ödənilməsi istiqamətində verdiyi tapşırıq, tövsiyə və mühüm qərarların uğurla həyata keçirilməsi sayəsində bu gün Hacıqabul rayonu öz simasını büsbütün dəyişmiş, sakinlərin güzəranı müqayisəedilməz dərəcədə yaxşılaşmışdır. 2017-ci ildə Hacıqabul şəhərində, eləcə də kənd və qəsəbələrdə abadlıq, tikinti-quraşdırma, yaşıllaşdırma, səliqə-sahman işləri davam etdirilmişdir.

Rayonda kənd təsərrüfatının səmərəliliyini daha da yüksəltmək məqsədilə aqroparkların yaradılması istiqamətində də bir sıra işlər həyata keçirilmişdir. Padar qəsəbəsi ərazisində “Azərsun” Holding tərəfindən 1625 hektar sahədə iri aqropark yaradılmışdır. Aqroparkda infrastruktur təşkil edilmiş, yeni suvarma sistemi quraşdırılmışdır.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Ə.Muxtarov sonra dərin razılıq hissi ilə bidirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli Sərəncamına əsasən rayonda Hacıqabul Sənaye Məhəlləsi yaradılmışdır. Onun fikrincə, belə bir müəssisənin yaradılması, təbii ki, rayonun iqtisadi həyatının daha da canlandırılmasına böyük töhfə verəcək.

Rayon icra hakimiyyəti təhsil, səhiyyə, mədəniyyət və gənclər təşkilatları ilə işi daim diqqət mərkəzində saxlamışdır. 2017-ci ildə rayonda 1931 yeni iş yeri açılmışdır ki, bunun da 1585-si daimidir. Rayon ərazisində 124 ailə olmaqla 421 nəfər qaçqın, 423 ailə olmaqla 1611 nəfər köçkün ailəsinə, müharibə veteranlarına, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və aztəminatlı ailələrə rayon icra hakimiyyəti tərəfindən daim diqqət və qayğı göstərilmişdir.

Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri İbrahim Mustafayev, Milli Məclisin deputatı, Komitə sədri Rafael Hüseynov və başqaları yığıncaqda çıxış edərək 2017-ci ildə görülən işləri müsbət qiymətləndirmiş, 2018-ci ildə də bu inkişaf tempini qoruyub saxlamağı tövsiyə etmişlər.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında