Ümummilli lider Heydər Əliyevin Respublika Baş Prokurorluğunda 2000-ci il aprelin 26-da keçirdiyi tarixi görüş prokurorluq orqanlarının fəaliyyətində dönüş nöqtəsinin təməlini qoymuşdur

Ümummilli liderimiz Heydər Əliyev 2000-ci il aprelin 26-da respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşündə dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində prokurorluğun fəaliyyətini yüksək qiymətləndirmişdir.
Dahi rəhbərimiz tarixi nitqində prokurorluğun çoxşaxəli fəaliyyətini bütün təfərrüatı ilə təhlil edərək, nöqsanları doğuran səbəbləri və onların aradan qaldırılması yollarını, islahatların istiqamətlərini göstərmiş, prokurorluq işçisi üçün zəruri keyfiyyətləri açıqlamışdır. Həmin tarixi gündən başlayaraq, prokurorluq orqanlarının rəhbərliyi dahi rəhbərimizin tövsiyələrini həyata keçirmək üçün bütün imkanlardan var qüvvə ilə istifadə edir.
Prokurorluq orqanlarında hüquqi islahatların aparılmasının təməli dahi rəhbərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının Konstitusiyasında qoyulmuşdur.
Ən əvvəl Konstitusiyanın prokurorluğa aid 133-cü maddəsi və onun əsasında qəbul edilmiş "Prokurorluq haqqında" qanunun müddəaları rəhbər tutularaq, prokurorluğun fəaliyyətini nizama salan hüquqi bazanın yaradılmasına başlandı. Yeni qəbul olunan Cinayət-Prosessual, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası məcəllələri, "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanunlar hüquqi islahatların təbiətinə uyğunlaşdırıldı. "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluğun rəsmi embleminin təsviri" haqqında, "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim formasının təsviri" haqqında aktların, "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında", habelə "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi qaydaları haqqında" əsasnamələrin qəbul edilməsi ilə yanaşı, Prokurorluğun bütün idarə və şöbələrinin əsasnamələri hazırlanmış, prokurorluğun qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işinin düzgün təşkili üçün zəruri olan əmr və tapşırıqlar verilmiş, inkişafla əlaqədar yeni yaranan ictimai münasibətlərin nizamlanmasının reallığa uyğunlaşdırılması məqsədi ilə, onlara zəruri olan əlavə və dəyişikliklər edilmişdir. Hazırda Azərbaycan prokurorluğu fəaliyyətini tam əhatə edən, incəliklərinə qədər nizama salan normativ-hüquqi baza əsasında işləyir ki, bu da onun demokratik dəyərlərə uyğunluğunun, fəaliyyətinin müvəffəqiyyətli olmasının təminatıdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında