Avropa Şurasının Baş katibinin xüsusi nümayəndəsi vəzifəsinə ilk dəfə olaraq Azərbaycan vətəndaşı təyin edilmişdir

Avropa Şurasının Baş katibi Töborn Yanqland bir sıra ölkələrdə özünün yeni xüsusi nümayəndələrini - AŞ ofislərinin rəhbərlərini təyin etmişdir.
Həmin xüsusi nümayəndələrdən biri Azərbaycan vətəndaşı Ülvi Axundlu olmuşdur. O, baş katibin Moldovada xüsusi nümayəndəsi, AŞ-ın Kişinyov ofisinin rəhbəri təyin edilmişdir. Beləliklə, Ülvi Axundlu AŞ-ın strukturlarında bu qədər yüksək vəzifəyə təyin edilmiş ilk Azərbaycan vətəndaşıdır.
Otuz dörd yaşlı Ulvi Axundlu müxtəlif beynəlxalq təşkilatlarda işləmişdir. 2002-2007-ci illərdə ATƏT-in Bakı ofisinin KİV siyasəti məsələləri üzrə müşaviri olmuşdur. 2007-ci ildən o Strasburqda Avropa Şurasının Mərkəzi Aparatının kommunikasiyalar departamentində KİV-in monitorinqi bölməsinə başçılıq edirdi. 2010-cu ildən Axundlu Moldovada Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsinə rəhbərlik edirdi.
Avropa Şurasının baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi vəzifəsinə isə bundan əvvəl Avropa Şurasının Belqraddakı ofisinə rəhbərlik edən yunan Konstantin Yerokostopulos təyin edilmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında