İmişli: Ötən il bütün sahələrdə uğurlar əldə olunub

İmişli Rаyоn İcrа Hаkimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və ­2018-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilmişdir. Məruzə ilə çıxış edən rаyоn icrа hаkimiyyətinin başçısı Vilyam Hacıyev qürur hissilə bildirib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanda əvvəlki illərdə olduğu kimi, 2017-ci il ərzində də bütün sahələrdə sürətli inkişaf baş vermiş, ölkəmizin müdafiə qüdrəti güclənmiş, beynəlxalq mövqelərimiz daha da möhkəmlənmişdir.

Natiq qeyd etmişdir ki, 2017-ci ildə İmişli rayonunda bütün sahələrdə müsbət nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 497 milyon mаnаtlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Məhsul istehsalının 232 milyon manatı və ya 46,7 faizi sənaye, 116 milyon manatı və ya 23,4 faizi kənd təsərrüfаtı, 66 milyon mаnаtı və ya 13,3 faizi tikinti, 72 milyon mаnаtı və 14,6 faizi ticаrət, iаşə və sair sahələrin payına düşmüşdür.

2017-ci ilin 12 ayında iqtisadiyyatın əsas sahələrinin inkişafına 87 milyon manat investisiya qoyulmuşdur. Bu vəsaitin 30 milyon manatı sənaye sahəsinə, 38 milyon manatı kənd təsərrüfatının inkişafına, 16 milyon manatı enerji və su təchizatının yaxşılaşdırılmasına, 3,4 milyon manatı ticarət və xidmətə, 6,3 milyon manatı yaşayış evlərinin tikintisinə, qalan vəsaitlər isə ticarət, nəqliyyat, rabitə, tikinti və digər sahələrə sərf edilmişdir.

2017-ci ilin mayında Rusiya Federasiyasında İmişli Rayon İcra Hakimiyyətinin nümayəndə heyəti Rusiya Federasiyasının Arxangelsk vilayətinin qubernatorunun dəvəti ilə kiçik və orta sahibkarlığın inkişafına dair Arxangelsk şəhərində keçirilən forumda iştirak etmişdir. Nümayəndə heyətinin tədbirdə iştirakının əsas məqsədi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının regionları arasında sosial-iqtisadi, humanitar, ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin hər iki tərəfin kiçik və orta sahibkarlıq subyektlərinin regionlara investisiya qoyulmasına cəlb edilməsi olmuşdur.

Vurğulamaq lazımdır ki, İmişli rayonu əsasən aqrar rayonu olmasına baxmayaraq, bu gün sənaye məhsullarının xüsusi çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir. Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülmüşdür. Belə ki, hazırda rayonda “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC, İmişli Brolyer və “Araz” Konservləşdirilmiş şirələr və konyak zavodları fəaliyyət göstərir.

Natiq məruzəsində bildirdi ki, İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı xüsusi yer tutur. Məlumdur ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkədə pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıqlar vermişdir. Ötən il İmişli rayonunda 15641 hektar torpaq sahəsində pambıq əkini işləri aparılmış və 14,6 ton xam pambıq tədarük edilmişdir.

2017-ci ilin 12 ayında heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 94 min baş, qoyunların sayı 251 min baş, quşların sayı isə 1153474 başa çatdırılmışdır. Ət istehsalı (diri çəkidə) 14078,4 ton, süd istehsalı 49630,3 ton, yumurta istehsalı isə 39273 min ədəd olmuşdur. 2017-ci ilin 12 ayı ərzində 11482 hektar sahədə buğda, 4838 hektar sahədə arpa, 237 hektar sahədə kartof, 340 hektar sahədə bostan, 199 hektar sahədə tərəvəz, 175 hektar sahədə dən qarğıdalı, 485 hektar sahədə isə şəkər çuğunduru əkilmişdir.

Məruzəçi sonra qeyd etdi ki, rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi dövlət proqramlarının icrasına başlanan dövrdən hesabat dövrünə qədər olan müddətdə İmişli rayonunda 25895 yeni iş yeri yaradılmışdır. 2017-ci ilin 12 ayında 2667 yeni iş yeri açılmışdır ki, bunun da 1217-si daimi, 1450-si isə müvəqqəti iş yerləridir. 234 ailənin 994 nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir.

V.Hacıyev sonda bildirdi ki, 2017-ci ilin 12 ayı ərzində sоsiаl-iqtisаdi inkişafın yеkunlаrının təhlili göstərir ki, rаyоndа iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur.

Milli Məclisin deputatı Əsabil Qasımov, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev və başqaları yığıncaqda çıxış edərək 2017-ci ildə görülən işləri müsbət qiymətləndirmiş və 2018-ci ildə də bu inkişaf tempini qoruyub saxlamağı tövsiyə etmişlər.

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında