Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaranmasının 15 illik yubileyi qeyd olunmuşdur

Fevralın 17-də "Gülüstan" sarayında Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) yaranmasının 15 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilmişdir.
Mərasim dövlət himninin səsləndirilməsi ilə açıq elan edilmiş, Şuranın tarixi və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.
ARGTMŞ-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov çıxış edərək bildirmişdir ki, qurumun 15 illik fəaliyyətinin Azərbaycan cəmiyyətində xüsusi rolu vardır. Bu gün Şuranın həyata keçirdiyi layihələr, proqramlar əsasən gənclərə və cəmiyyətdə onları narahat edən məsələlərin həllinə yönəlmişdir. Hazırda şuranın üzv təşkilatları bütün bölgələrdə fəaliyyət göstərir. Qurum Avropa Gənclər Forumunun tam, BMT-nin İqtisadi-Sosial Şurasının məşvərətçi və İslam Konfransı Gənclər Forumunun ən fəal üzvü və təsisçisidir.
F.Muradov bildirmişdir ki, hazırda Azərbaycan gənclərinin, o cümlədən Şuranın qarşısında duran ən ümdə məsələ ölkəmizin ərazi bütövlüyü istiqamətində atılan addımların uğurlu nəticələr verməsinə kömək göstərməkdir. ARGTMŞ Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinə sadiq olaraq bu istiqamətdə ölkə gerçəkliklərini beynəlxalq aləmə çatdırır.
F.Muradov bu illər ərzində ARGTMŞ-ni dəstəkləyən qurumlara öz təşəkkürünü bildirmişdir. Natiq gələcəkdə də Milli Şuranın öz bayrağını uca tutacağına inamını ifadə etmişdir. Bu günədək təşkilatın qorunub saxlanması böyük bir iş olmuşdur və bundan sonra da bu iş gənc nəslin üzərinə düşür. Şuranın 15 il ərzində əldə etdiyi uğurlar təkcə bizim deyil, bütün Azərbaycanın uğurudur.
Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov çıxış edərək dövlət gənclər siyasəti, ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində əldə olunmuş nailiyyətləri diqqətə çatdırmışlar. Bildirmişlər ki, Şuranın fəaliyyətini tənzimləyən gənclərin arasından ölkəmiz üçün dəyərli olan siyasi liderlər yetişir. Şuranın sədrləri, üzvləri bu gün dövlət qurumlarında, parlamentdə və digər strukturlarda təmsil olunurlar. Bu məktəb hazırda öz fəaliyyətini davam etdirir və ölkə gənclərinin maraqlarını ifadə edir.
Gəncləri dəstəklədiklərinə görə Baş nazirin müavini Əli Həsənov, gənclər və idman naziri Azad Rəhimov xüsusi mükafatla təltif olunmuşlar.
Sonra İslam Konfransı Gənclər Forumunun və Avropa Gənclər Forumunun təbrik məktubları oxunmuşdur.
Tədbirdə ARGTMŞ-nin fəaliyyətinin gücləndirilməsinə göstərdikləri dəstəyə, bu qurumun işini daim qərəzsiz və obyektiv işıqlandırdıqlarına görə bir sıra dövlət və hökumət rəsmilərinə, eləcə də KİV-lərə mükafat və diplomlar təqdim olunmuşdur. Mükafat alanlar sırasında Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc da vardır.
Tədbir konsert proqramı ilə davam etmişdir.
Xatırladaq ki, ARGTMŞ 1995-ci il noyabrın 21-də 11 gənclər təşkilatı tərəfindən təsis olunmuş və 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçmişdir. Hazırda Milli Şura öz ətrafında 70 təşkilatı birləşdirir.
ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun, həmçininTürk Dünyası Gənclər Birliyinin üzvüdür. 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004-cü ildən İslam Konfransı Gənclər Forumunun təsisçisi və tamhüquqlu üzvüdür.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında