Yanvar ayında e-xidmətlərinə 1 milyondan çox müraciət edilib

2018-ci ilin yanvar ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-xidmətlərinə əvvəlki ayla, yəni 2017-ci ilin dekabr ayı ilə müqayisədə 82,8 faiz çox olmaqla, 1 milyon 123 minə yaxın müraciət qeydə alınıb.

Nazirliyin fəaliyyət sahələri üzrə elektron xidmətlər şəbəkəsi vətəndaşlara bu sahələr üzrə dövlət xidmətlərindən məmur-vətəndaş kontaktları olmadan, şəffaf şəkildə istifadəyə geniş imkanlar açıb. Bunun nəticəsidir ki, həmin e-xidmətlərə əhali tərəfindən böyük maraq özünü göstərir və onlardan istifadə statistikası hər ay artmaqda davam edir.

Müraciətlərin sayında ən çox artım “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti üzrə olub. 2017-ci il aprelin 1-dən hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları və fərdi uçot məlumatlarına dair yeni vahid rüblük hesabat alt sisteminin tətbiqi ilə əlaqədar istifadəyə verilən, sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin sadələşdirilməsinə və hesabatların sayının azaldılmasına imkan verən bu e-xidmətə ötən ay əvvəlki ayla müqayisədə 16,5 dəfə çox, yəni 394 700 dəfə müraciət  olunub. Həmçinin yanvar ayında əvvəlki dekabr ayı ilə müqayisədə “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 37,1 faiz çox olmaqla 310 278 dəfə, “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətindən 38,9 faiz çox olmaqla 32 374 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”  e-xidmətindən 18,9 faiz çox olmaqla 29 570 dəfə istifadə olunub.

ƏƏSMN-nin “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”,  “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “İş yerinə dair arayış”, “Pensiyaçıya məlumatların verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” və digər e-xidmətləri də geniş istifadə olunmaları ilə seçilirlər.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında