Səbailin qış qayğıları

Qış mövsümündə Səbail rayonunda əhalinin elektrik enerjisi və təbii qazla təminatının, idarə və təşkilatlarda, yaşayış yerlərində təhlükəsizlik qaydalarına riayət olunmasının vəziyyəti Səbail Rayon İcra Hakimiyyətində RİH başçısı Asif Əsgərovun sədrliyi ilə keçirilən Şura iclasında geniş müzakirə olunmuşdur.
Rayonun təsərrüfat xidmətlərinin, qəsəbə nümayəndəliklərinin, mənzil istismar sahələrinin, FHN Dövlət Yanğın Təhlükəsizlik Xidməti və Regional Mülki Müdafiə Şöbəsi rəhbərlərinin iştirakı ilə keçirilən toplantıda Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar üzrə Rayon Komissiyasının rəhbəri Yavər Allahverdiyevin görülən işlərlə bağlı məlumatı dinlənilmişdir. O, 2010-2011-ci illərin payız-qız mövsümündə rayonda həyata keçirilən tədbirlər, əhali sektorunda vətəndaşların elektrik enerjisi, təbii qaz, içməli su, istiliklə təminatı üzrə görülmüş və zəruri işlər barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, təkcə 2010-cu il ərzində rayonda 50-yə yaxın yanğın hadisəsi baş vermişdir. Yanğınların 60 faizi yaşayış sektorunda baş vermiş, bu hadisələrin əksəriyyəti vətəndaşların səhlənkarlığı, qeyri-standart və nasaz qızdırıcılardan istifadə olunması, tüstü bacalarının vaxtında təmizlənməməsi, yanğından mühafizə qaydalarının kobud surətdə pozulması və s. səbəbdən baş vermişdir. Bildirilmişdir ki, rayonun təsərrüfat xidmətləri və əlaqədar qurumlar bu məsələlərə diqqəti daha da artırmalı, əhali sektorunda profilaktik və izahat işləri gücləndirilməli, mütəmadi reydlər keçirilməli və mövcud çatışmamazlıqlar aradan qaldırılmalıdır. Müzakirələrdə iştirak edən Səbail Rayon Dövlət Yanğın Təhlükəsizliyi Xidmətinin rəisi Camal Hacıyev, Qaz İstismar Sahəsinin rəisi Sadıx Rəhimov, Enerji Təchizatı və Satış İdarəsinin şöbə rəisi Ramiz Əhmədov, RİH rayon təsərrüfatı şöbəsinin müdiri Elman Yəhyayev və başqaları müzakirə olunan məsələlərlə bağlı görülməli tədbirlər barədə danışmışlar.
Onlar bildirmişlər ki, əhalinin maarifləndirilməsi, təsərrüfat xidmətləri işçilərinin məsuliyyətinin artırılması, yanğın təhlükəsizliyi qaydalarına riayət olunması məsələlərinə ciddi nəzarət olunmalıdır.
Toplantıda Rayon Fövqəladə Hallar Komissiyası üzvlərinin idarə və təşkilatlarda ilkin yanğınsöndürmə vasitələrinin saz vəziyyətdə olmasına, qış mövsümü ilə əlaqədar qazanxana və istilik qurğularına dair təhlükəsizlik tədbirlərinin artırılmasına, məktəbəqədər, orta təhsil və tibb müəssisələrinin istiliklə təminatının ciddi nəzarətdə saxlanılaraq daim yoxlanılmasına, müəssisə və təşkilatların əməkdaşlarının, xüsusi ilə təşkilatlarda gecə növbəsində çalışanların vaxtaşırı təlimatlandırılmasına diqqəti artırması vurğulanmışdır.

{nl}


R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında