Abşeron rayonunda Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Abşeron Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Abşeron rayonunda Heydər Əliyev Mərkəzində AXC-nin 100 illiyinə həsr olunmuş  tədbir keçirilib.

Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında imzaladığı sərəncama uyğun olaraq keçirilən tədbirdə Bilik Fondunun Lektorlar qrupunun üzvü, Bakı Dövlət Universiteti tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Anar İsgəndərli rayon ictimaiyyəti ilə görüşüb.

Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri doktoru, professor İsaxan Vəliyev tədbirdə  iştirak edib. Öncə ümummilli lider Heydər  Əliyevin abidəsi önünə gül dəstələri qoyulub.

Bilik Fondunun Abşeron rayonu üzrə nümayəndəsi Teyyubə Hüseynova qonaqları iştirakçılara təqdim edərək, 1918-1920-ci illər Azərbaycan tarixinin təbliği və təşviqinə böyük ehtiyac olduğunu deyib. O, Abşeron rəhbərliyinin maarifləndirici aksiyaları daim dəstəklədiyini, rayon ictimaiyyətinin belə tədbirlərdə yaxından iştirak etdiyini bildirib.  

İ.Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti ilə bugünkü Azərbaycan Respublikası arasındakı varislik bağlılığını konkret hüquqi sənədlərə əsaslanaraq diqqətə çatdırıb. Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunduğunu xatırladan İ.Vəliyev xalqın seçkidə mütəşəkkillik göstərəcəyinə, müstəqil dövlətin maraqlarını daim qoruyacağına əminliyini bildirib.    

Bakı Dövlət Universitetinin professoru A.İsgəndərli görüş çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyəti: milli dövlətçiliyin ideya əsasları və varislik” mövzusunda mühazirə söyləyib.

Tarixçi alim çıxışında Şərqdə ilk müstəqil dövlətin hansı siyasi zəmində yarandığına, AXC qurucularının dövlətçiliyin ideya əsaslarını necə mənimsədiklərinə və demokratik dəyərlərə söykənərək tətbiq etdikləri idarəetmə mexanizmlərinə müxtəlif prizmalardan aydınlıq gətirib. A.İsgəndərli bugünkü müstəqil Azərbaycanın qurulmasında Xalq Cümhuriyyətinin mühüm rol oynadığını diqqətə çatdıraraq, SSRİ dağılandan sonra demokratik respublikanın varisi olan dövləti yaratdığımızı xatırladıb. 

Mühazirəçi iştirakçıların Cümhuriyyət dövrünə aid suallarını ətraflı cavablandırıb, dinləyicilər isə bu görüşə görə təşkilatçılara minnətdarlıqlarını ifadə ediblər.

Sonda Abşeron rayon Saray qəsəbə 3 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan videoçarx göstərilib, məktəblilərin ifasında şeirlər səsləndirilib.

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında