Dünya Bankı ilə əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Mersi Tembonla görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü islahatlar proqramının ölkəmizdə iqtisadiyyatın uğurlu şaxələndirilməsi əsasında inkişaf tempinin davam etməsinə şərait yaratdığını bildirib. Qeyd edib ki, təkcə son bir ildə ümumdaxili məhsulda artım özünü göstərməklə bərabər, əmək tutumlu sahələrin, çoxsaylı yeni iş yerlərinin yaradılması ilə müşahidə olunub. Xüsusən 2004-cü ildən ölkədə icra olunan regional inkişaf proqramları bu istiqamətdə mühüm irəliləyişlərə imkan verib.

Nazir Davos İqtisadi Forumunun “2017--2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın daha iki pillə irəliləyərək dünya miqyasında 35-ci yeri tutmaqla, eyni zamanda əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yerdə qərarlaşmasının təsadüf olmadığını bildirib. O, dövlət başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nə uyğun olaraq, insan kapitalının inkişaf etdirilməsi, mövcud işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması yönündə aparılan islahatları diqqətə çatdırıb. Nazir ölkəmizdə sosial cəhətdən həssas qruplara yönələn sosial müdafiə sisteminin gücləndirilməsini də qeyd edib.

 Cari ilin əvvəlindən ölkəmizdə işsizlikdən sığorta sisteminin tətbiqinə başlandığını qeyd edən nazir bu sistemin aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluğun təmin olunması tədbirlərinin, əmək bazarının tələblərinə uyğun çevik peşə təhsili imkanlarının xeyli genişlənməsinə imkan verdiyini bildirib. Qeyd edib ki, ötən dövrdə Dünya Bankı ilə birgə icra olunan layihələrin kadr hazırlığının səmərəliliyinin artırılması üçün peşə standartlarının hazırlanmasında xüsusi önəmi olub. O, Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramının əməkdaşlığın davam etməsinə və  əmək bazarının inkişafını stimullaşdıran tədbirlərin dəstəklənməsinə yönələn layihələr üzrə genişlənməsinə imkan verəcəyinə inandığını bildirib.

Xanım M.Tembon ölkəmizdə iqtisadi sahədə uğurlarla bərabər, insan kapitalının inkişafı, sosial rifah səviyyəsinin yaxşılaşdırılması, əmək bazarının tənzimlənməsi, məşğulluğun artırılması yönündə əhəmiyyətli irəliləyişlərə nail olunmasının, həyata keçirilən uğurlu islahatların Dünya Bankı  tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. Son illərdə Azərbaycanda əmək və sosial müdafiə, tibbi-sosial ekspertiza və reabilitasiya sahələrində yaradılan avtomatlaşdırılmış sistemlərin əhəmiyyətindən bəhs edən M.Tembon xüsusilə də ünvanlı dövlət sosial yardımı sisteminin elektron infrastruktur üzərində qurulmasının bu sistemdə ünvanlılığın və şəffaflığın təmin edilməsi, neqativ halların tam aradan qalxması kimi mühüm nəticələrin əldə olunmasına imkan verdiyini vurğulayıb. Sosial müdafiə siyasətində aktiv tədbirlərə üstünlük verilməsinin təqdirəlayiq olduğunu, bunun aztəminatlı ailələrin sosial müdafiə sistemindən asılılığını azaldacağını və iqtisadi müstəqilliyini artıracağını fikirlərinə əlavə edən xanım M.Tembon təmsil etdiyi Təşkilatın gələcək əməkdaşlığa aid planları barədə məlumat verib.

Görüşdə Dünya Bankının Azərbaycanda İqtisadi Artımın Bərpası Proqramı, İş Yerlərinin Diaqnostikası, yoxsulluğun qiymətləndirilməsi üzrə planlaşdırılan fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, ƏƏSMN ilə  Dünya Banki arasında əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında