Xətai rayonunda yeni uşaq bağçası istifadəyə verildi

Son illər bütün ölkədə olduğu kimi, Xətai rayonunda da məktəb və məktəbəqədər təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi böyük vüsət almışdır. Rayon icra hakimiyyətindən verilən məlumata görə, dövlət proqramları çərçivəsində ötən on ildə rayonun 37 orta ümumtəhsil məktəbi ya yenidən tikilmiş və ya əsaslı təmir edilmişdir. Mövcud 47 məktəbəqədər təhsil müəssisəsinin 22-si tam təmir olunaraq körpə sakinlərin ixtiyarına verilmiş, qalan müəssisələrdə isə məcburi köçkünlər məskunlaşdığı üçün onların əsaslı təmiri, qaçqınlar mənzillə təmin edilib köçürüldükdən sonraya saxlanılmışdır.

Buna baxmayaraq, rayonda dövlət proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisələrinin inşası davam etdirilir. Açılışında bizim də iştirak etdiyimiz və bu günlərdə istifadəyə verilən 80 yerlik bağça buna əyani sübutdur.

Müəssisənin açılışında çıxış edən Xətai Rayon İcra Hakimiyəti başçısının müavini Jalə Abdıyeva yeni nəslin layiqli vətəndaş kimi formalaşmasının dövlət siyasətinin başlıca prinsiplərindən biri olduğunu vurğulayaraq qeyd etdi ki, təhsil sahəsində qazanılan uğurlar məktəbəqədər təhsildən başlayır. Ona görə də ölkəmizdə məktəbəqədər təhsilin maddi-texniki bazasının gücləndirilməsi  daim dövlətin diqqət mərkəzindədir. Xətai rayonu da bu kimi sosial layihələrin həyata keçirilməsində, yeni məktəb və uşaq bağçalarının inşasında özünəməxsus yer tutur.

J.Abdıyeva müasir məktəb və məktəbəqədər müəssisələrin tikintisində xüsusi rolu olan Heydər Əliyev Fondunun həyata keçirdiyi “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramının əhəmiyyətini yüksək qiymətləndirərək bildirdi ki, Xətai rayonunda istifadəyə verilən bu müasir bağça məhz ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqətin təzahürüdür.

Sonra bağçanın rəmzi açılışını bildirən lent kəsildi və burada  yaradılan şəraitlə tanışlıq başlandı. Bildirildi ki, 80  yerlik müəssisə azyaşlı sakinlərin zövqünə uyğun qurulub. Bağçada uşaqların rahatlığı, istirahəti və ilkin biliklərə yiyələnmələri üçün  hər cür şərait yaradılıb. Millətin gələcəyi olan fidan balaların təlim-tərbiyəsi ilə ali və orta ixtisas təhsilli pedaqoqlar məşğul olacaq, onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün ən müasir tədris metodları tətbiq ediləcək. Məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana fəaliyyət göstərir.

İcra başçısının müavini əmin olduğunu bildirdi ki, məktəbəqədər təhsil müəssisəsində yaradılan şərait uşaqların intellektual, fiziki və psixoloji inkişafının, potensial imkanlarının üzə çıxarılmasında mühüm rol oynayacaq. Həmçinin uşaqların məktəbə hazırlanmasına, onlarda mədəni keyfiyyətlərin, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq və həyati bacarıqların formalaşmasına öz töhfəsini verəcək. Uşaqların maraqları nəzərə alınaraq bağçada gözoxşayan həyət, xüsusi istirahət guşələri, müasir uşaq əyləncə qurğuları quraşdırılmışdır.

İ.RÜSTƏMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında