Nəsimi rayonu 2017-ci ili yüksək nailiyyətlərlə başa vurmuşdur

Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın bu günlərdə keçirilmiş geniş iclasında paytaxtın mərkəzi ərazisini əhatə edən rayonun ötən bir ildəki sosial-iqtisadi inkişafına yekun vurulmuş, 2018-ci ildə qarşıda duran önəmli vəzifələr müzakirə olunmuş, müvafiq qərar qəbul edilmişdir.

Ümumrayon toplantısını giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov əvvəlcə iştirakçılara Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin illik iclası və üçüncü regional inkişaf Dövlət proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans barədə ətraflı məlumat vermiş, ölkə rəhbərinin hər iki məclisdə söylədiyi çıxışdan irəli gələn vəzifələri şərh etmişdir.

Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və ümumi irəliləyişi əks etdirən videohesabat təqdim olunandan sonra Nəsimi RİH başçısı 2017-ci ildə sosial-iqtisadi inkişafın əsas göstəriciləri barədə ətraflı məlumat vermişdir. Natiq qeyd etmişdir ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların Nəsimi rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin etmişdir. Dövlət başçısı paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ötən il də rayona hər gəlişi nəsimililərin həyatında əlamətdar hadisəyə çevrilmişdir.

Bildirilmişdir ki, rayon üzrə ötən il iqtisadiyyatın bütün sahələrində mövcud artım dinamikası saxlanılmışdır. 5059 yeni daimi iş yeri açılmış, ümumilikdə, son 15 ildə 43510 daimi iş yeri yaradılmışdır. Оrta aylıq əmək haqqı əvvəlki illə müqayisədə 9,2 faiz artaraq, 608 manat təşkil etmişdir.

Rayon mənzil-kommunal təsərrüfatı, su-kanal, enerji təchizatı və satışı, qaz və istilik xidməti müəssisələrinin işi daim RİH-in nəzarətində olmuş, yaranmış çətinlik və problemlərin aradan qaldırılmasına operativ kömək göstərilmişdir.

Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin işi daim diqqət mərkəzində olmuş, bu sahələrin fəaliyyətini yaxşılaşdırmaq üçün zəruri tədbirlər həyata keçirilmişdir. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə tarixi günlər və yubileylərlə bağlı kütləvi tədbirlər keçirilmiş, ümumxalq bayramları, ayrı-ayrı peşə günləri təntənə ilə qeyd olunmuş, müxtəlif sahələrdə fərqlənənlər mükafatlandırılmışlar.

Vətəndaşların RİH-də müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması təmin edilmişdir.

Hesabat göstəricilərinə yekun vuran rayon rəhbəri bildirmişdir ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün möhkəm zəmin yaratmışdır.

Çıxışlarda nailiyyətlərdən doğan razılıq ifadə olunmuş, qarşıda duran vəzifələrdən, həllivacib məsələlərdən söhbət açılmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev yığıncaqda çıxış etmiş, yeni ildə nəsimililərə daha böyük uğurlar arzulamışdır.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən yubilyarlara Nəsimi RİH-in xatirə hədiyyələri təqdim olunmuşdur.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında