Tanınmış alim və yazıçının 60 illik yubileyi qeyd edilmişdir

Fevralın 16-da Azərbaycan Mətbuat Şurasında tanınmış alim və yazıçı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Kamal Abdullayevin 60 illik yubileyi qeyd olunmuşdur.
Mətbuat Şurasının sədri Əflatun Amaşov K.Abdullayevin mənalı, zəngin həyat və fəaliyyətinə nəzər salmış, onun Azərbaycan ədəbiyyatında, mətbuatında, publisistikasında tutduğu yerin əhəmiyyətini qeyd etmişdir.
Bildirilmişdir ki, Azərbaycanın milli azadlıq hərəkatının aparıcı simalarından olan K.Abdullayev bu gün müstəqil ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edir. Onun rektoru olduğu Bakı Slavyan Universiteti beynəlxalq əlaqələrini genişləndirərək ölkəmizin aparıcı təhsil ocaqlarından birinə çevrilmişdir. O, həm də Mətbuat Şurası idarə heyətinin üzvü kimi Azərbaycanda söz və mətbuat azadlığının inkişaf etdirilməsində fəallıq göstərir.
"Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, parlamentin deputatı Aqil Abbas, professor Cəmil Həsənli, yazıçı-publisist Yusif Kərimov və başqaları K.Abdullayevin elm, təhsil, mətbuat və ictimai-siyasi sahələrdə fəal rolundan danışmışlar. Bildirilmişdir ki, öz yazılarında daim yenilik axtarışında olan Kamal Abdullayevin əsərləri bir neçə xarici dilə tərcümə edilərək nəşr olunmuşdur. Onun Azərbaycanın ən qədim yazılı abidələrindən olan "Kitabi-Dədə Qorqud" ilə bağlı araşdırmalarına dünya miqyasında müraciət edilir.
Sonra Mətbuat Şurası adından K.Abdullayevə diplom və hədiyyələr təqdim olunmuşdur.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında