Azərbaycan gəncliyi dövlətin qayğısı ilə əhatə olunub

1997-ci ildən ölkəmizdə geniş miqyasda keçirilən Gənclər Günü hər il öz əlamətdarlığı ilə yadda qalır. Bununla bağlı  “Demokratik Azərbaycan Naminə” İctimai Birliyinin sədri Elməddin Behbud fikirlərini bildirib:

–Azərbaycanda dövlət quruculuğu prosesində həlledici dönüşün baş verdiyi, müasir dövlətçiliyimizin memarı ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra gənclərə diqqət prioritetlərdən birinə çevrildi. Ölkəmizdə gənclər hərəkatının əsası qoyuldu. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə Azərbaycan Gənclərinin
I Forumunun keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Gənclər Günü elan edilməsi ilə bağlı fərmanın imzalanması dövlət gənclər siyasətinin  uzunmüddətli strategiyaya söykəndiyini göstərir.

Qeyd edim ki, Gənclər Günü MDB məkanında, həmçinin, Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis edilib. Hər il  böyük təntənə ilə qeyd etdiyimiz 2 fevral – Gənclər Günü ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə ən böyük töhfələrindən biridir. Bu, Azərbaycan gəncliyinə dövlət səviyyəsində verilən qiymətdir.

Bu uzaqgörən siyasət  Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Ötən müddət ərzində ölkəmizə qarşı olan bütün təhdid və təhlükələrə baxmayaraq, ölkə rəhbərinin qətiyyəti, siyasi iradəsi nəticəsində nəinki sabitlik və əmin-amanlıq qorunub  saxlanılıb, həmçinin Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza malik olan, inkişaf edən iqtisadiyyata, müasir və güclü orduya malik dövlətə çevrilib. 

Bu gün Azərbaycanda dinamik gənclər hərəkatı mövcuddur. Ölkədə dövlət qeydiyyatından keçən 300-dən çox gənclər təşkilatı var. Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsi, Milli Məclisin gənclər və idman komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu kimi dövlət qurumlarının fəaliyyəti ölkə gəncliyinin hərtərəfli inkişafına güclü təkan verir.

Ötən ilin 15 sentyabrında  Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da, qeyd olunduğu kimi, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Sayca üçüncü olan bu Dövlət Proqramı Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, gənclərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, ölkədə könüllülük hərəkatını inkişaf etdirmək və digər mühüm məsələləri həyata keçirmək məqsədi daşıyır.

Bu gün gənclərimizin böyük əksəriyyəti dövlət başçımız İlham Əliyevi birmənalı şəkildə dəstəkləyir. Azərbaycanın dünyada artan nüfuzu, hərbi və iqtisadi gücünün yüksəlməsi, sabit ictimai-siyasi durum Azərbaycan gənclərinin dövlətimizə inamını, rəğbətini yüksəldir, Vətən, millət və dövlət anlayışlarına daha dərindən bələd olmaq üçün təkan rolunu oynayır.

 

Hazırladı:
Anar TURAN,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında