Zaqatalada Gənclər Günü tədbiri keçirilib

Rayon gənclərinin nümayəndələri öncə ulu öndər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidə kompleksini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Sonra Heydər Əliyev Mərkəzində ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə rayon gənclərinin əl işləri, foto və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Sonra tədbirdə Zaqatala gənclərinin 2017-ci ildə qazandıqları uğurlardan, rayonda idman sahəsinin inkişafına yönələn tədbirlərdən bəhs edən film nümayiş etdirilib.

Əlamətdar gün münasibəti ilə gəncləri təbrik edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə XX əsrin sonunda dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında gənclərlə iş sahəsində yaranmış boşluğun 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırıldığını, 19 il əvvəl ulu öndərimizin imzaladığı sərəncamla 2 fevral Azərbaycanda gənclər günü kimi təqvimə salındığını, müstəqil Azərbaycan gənclərinin ilk dəfə 1996-cı il fevralın 2-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən forumda bir araya gəldiklərini xüsusi vurğulayıb. 

Tədbirdə çıxış edən rayon gəncləri respublıikamızda, o cümlədən Zaqatalada təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrin inkişafı üçün görülmüş bütün işlərə görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri,Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib və respublikamızın parlaq gələcəyi naminə fəaliyyətində möhtərəm Prezidentimizi daim dəstəkləyəcəklərini xüsusi qeyd ediblər.

Sonra 2017-ci ildə təhsil, səhiyyə, dövlət qulluğu, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.  

Tədbir bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə başa çatıb.

 

İ. MUSAOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında