Gənclər xalqın bu gündən gələcəyə canlı körpüsüdür

Paytaxtın təntənəli mərasimlər üçün nəzərdə tutulmuş böyük və çal-çağırlı  “Şərq sarayı”nda Nəsimi rayonu gənclərinin 2 Fevral Gənclər Gününə həsr olunmuş  ənənəvi ümumrayon bayram şənliyi keçirilmişdir. Rayon həyatının müxtəlif sahələrində istedadı, bilik və bacarığı ilə fərqlənən 1500-dən çox gəncin, rəsmi şəxslərin, tanınmış elm və mədəniyyət adamlarının iştirak etdiyi nəhəng məclisdə bayram təbrikləri səslənmiş, gənclərin bugünlə gələcək arasında canlı körpü olmasından, onların qarşısında duran möhtəşəm vəzifələrdən söhbət açılmışdır.

Təntənəli mərasimdə gəncləri 2 Fevral Gənclər Günü münasibətilə səmimi təbrik edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov onların rayonun həyatındakı fəal və təşəbbüskar rolunu qeyd etmiş, yeni nəslə təhsildə, idmanda, çalışdıqları digər sahələrdə daha böyük uğurlar arzulamışdır. Ölkəmizdə gənclərin hərtərəfli inkişafına, onların həyatda layiqli mövqe tutmasına göstərilən dövlət qayğısından söz açan rayon rəhbəri bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin ilk illərindən müəyyənləşdirdiyi əsaslı dövlət gənclər siyasətini son 15 ildə Prezident İlham Əliyev artan diqqət və qayğı ilə davam etdirir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri  Mehriban xanım Əliyeva da gənclərin problemlərinin həllini daim himayə edir.

Mərasimdə bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda ayrıca gənclər gününü təsis etməsi və həmin günün ümumxalq bayramı kimi qeyd olunması gəncliyimizə dövlət müstəqilliyimizin verdiyi tarixi bir töhfədir. Gənclərlə bağlı dövlət proqramlarının qəbul edilməsi, ayrıca Gənclər Fondunun yaradılması da ölkəmizin gənclər siyasətinin beynəlxalq təcrübə ilə müqayisədə üstünlükləridir.

Daha sonra qeyd olunmuşdur ki, rayon əhalisinin üçdə birinə yaxın hissəsini təşkil edən gənclər paytaxtın və ölkənin həyatında gedən hərtərəfli yeniləşmənin ön sıralarındadırlar. Onlar ictimai-siyasi, iqtisadi və mədəni həyatda iştirakları ilə seçilir, sosial problemlərin həllində və hüquqlarının təmin edilməsində, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının həyata keçirilməsində fəallıq göstərirlər.

Milli Məclisin deputatları Ziyad Səmədzadə,  Məlahət İbrahimqızı,  Azər Badamov, Eldəniz Səlimov,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan–Fransiz Universitetinin  direktoru Vazeh Əsgərov, Azərbaycan Universitetinin rektoru  Səadət Əliyeva Nəsimi rayonu gənclərini təbrik edənlər arasında olmuşlar.

Məclisdə 35 nominasiya üzrə fərqlənən gəncə Nəsimi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Bayram şənliyi  Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkes-trinin,  rayondakı uşaq- gənclər inkişaf mərkəzlərinin bədii kollektivlərinin konsert proqramı və diskoteka ilə  başa çatmışdır.

 

T. AYDINOĞLU,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında