Kənd təsərrüfatı texnikasının satışı haqqında

Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsi və onun itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatının yaxşılaşdırılması məqsədilə ötən il ölkəyə dövlət vəsaiti hesabına 9877 vahid kənd təsərrüfatı texnikası gətirilmişdir.

Dövlət Statistika Komitəsindən verilən məlumatda deyilir ki, 2017-ci il ərzində “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına əvvəlki ilə nisbətən 130,8 milyon manat çox olmaqla ümumilikdə 269,4 milyon manat dəyərində 2 vahid taxılyığan kombayn, kombayna qoşulan 12 vahid biçici aqreqat (qarğıdalı biçən 8 vahid, günəbaxan biçən
4 vahid), 179 vahid pambıqyığan kombayn, 87 vahid çuğundur çıxaran, 1645 vahid müxtəlif növ traktor, 1370 vahid traktor yedəkləri (qoşqular), 838 vahid kotan, 343 vahid mala, 751 vahid kultivator, 95 vahid ot biçən, 29 vahid ot dırmığı, 34 vahid ot küləş presləyən, 394 vahid çiləyici və tozlayıcı, 961 vahid səpici aqreqat, 92 vahid gübrəsəpən, 31 vahid bağarası frez, 33 vahid taxıl (toxum) təmizləyən və 979 vahid digər kənd təsərrüfatı maşın və avadanlıqları satılmışdır.

 

 

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında