Jülide Sarıeroğlu Məzun evi sosial müəssisəsində olub

Ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlu  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun Məzun evi sosial müəssisəsində olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov xanım J.Sarıeroğluna dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin sosial müdafiəsinin təmin olunması, onların cəmiyyətdəki digər həmyaşıdları kimi həyatda özlərini layiqli şəkildə doğrulda bilmələrinə hərtərəfli imkan yaradılması yönündə ölkəmizdə aparılan işlər barədə məlumat verib.

Nazir vurğulayıb ki, dövlət uşaq müəssisələrinin məzunları üçün Məzun evi sosial müəssisəsi Azərbaycan Prezidenti İlham Əliyevin bu təbəqədən olan gənclərə xüsusi qayğısı və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsü nəticəsində yaradılıb. Müəssisədəki iki çoxmənzilli yaşayış binasında bu günədək 222 nəfər gənc mənzillə təmin edilib. Onların əksər hissəsi burada yeni mənzillə təmin edildikdən sonra ailə qurub və hazırda Məzun evində 137 ailə vardır. Bu ailələrdə 116 nəfər uşaq böyüyür. Hazırda müəssisə üçün üçüncü yaşayış binasının tikintisi də tamamlanmaq üzrədir. Həmin binada Məzun evi üçün uşaq bağçasının fəaliyyətə başlaması, müəssisənin ərazisində idman kompleksi və məktəbin tikilməsi, digər  bir sıra sosial infrastruktur obyektlərinin yaradılması da nəzərdə tutulub.

Məzun evinin sakinlərinin məşğulluğunun təminatı istiqamətində də məqsədyönlü işlərin aparıldığını diqqətə çatdıran nazir bildirib ki, onların böyük əksəriyyəti müxtəlif müəssisələrdə, bir qismi müəssisənin özündəki ştat vahidlərində və s. münasib işlərlə təmin ediliblər. Məzun evində xalça və tikiş sexləri də yaradılıb. Gənc sakinlərdən bir qrupu nazirlik tərəfindən təşkil edilən peşə hazırlığı kurslarında müvafiq peşələrə yiyələndikdən sonra bu sexlərdə iş yerləri ilə təmin olunublar. İki gün bundan əvvəl isə Məzun evindən daha 12 nəfər gəncin yaşıllaşdırma sahəsində daimi işlə təminatı həyata keçirilib.

Xanım J.Sarıeroğlu Məzun evində yaradılmış şəraitlə, müəssisədə fəaliyyət göstərən xalça və tikiş sexləri ilə yaxından tanış olub. O, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin hərtərəfli qayğı və dəstəklə təmin edilmələrinin, onlar üçün belə bir yaşayış şəraiti yaradılmasının Azərbaycan dövlətinin güclü sosial siyasət kursuna malik olmasının daha bir əyani nümunəsi olduğunu vurğulayıb.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında