Suraxanı gənclərinin bayram şənliyi

Suraxanı rayonunda 2 Fevral Gənclər Günü ilə əlaqədar  keçirilən tədbirdə iştirak edən 200-dən çox gənc  əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.

Sonra gənclər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində əyani vəsaitlərdən istifadə etməklə ulu öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olublar.  

Tədbir iştirakçılarına bildirilib ki, indiyədək Heydər Əliyev Mərkəzinə 80 mindən yuxarı yerli və xarici ziyarətçi gəlib, burada elektron kitabxananın xidmətindən 16 minə yaxın istifadəçi faydalanıb, müxtəlif mərkəzi icra hakimiyyəti orqanları, ali təhsil müəssisələri və elmi institutlarla birgə 220-dən yuxarı  tədbir keçirilib. 

“Atəşgah” restoranında davam etdirilən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov gəncləri 2 Fevral Gənclər Günü münasibətilə təbrik edib. Bildirib ki, ümummilli liderimiz Heydər Əliyev daim gənclərə qayğı göstərib, onların şəxsiyyət kimi yetişməsinə xüsusi önəm verib. Ulu öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. 

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən gənclər siyasətinin nəticəsi olaraq müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Respublikamızda uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına müsbət təsir göstərib. Bunun nəticəsində Azərbaycan gəncləri bütün sahələrdə özlərini layiqincə doğruldublar.

Azərbaycanın Birinci vitse-prezinti Mehriban Əliyeva da gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirib.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Vüqar  Seyidov və  Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov qeyd ediblər ki, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. 

Natiqlər vurğulayıblar ki, bu yüksək münasibətə cavab olaraq Azərbaycan gəncləri müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını doğrultmalıdırlar.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Mötəbər beynəlxalq yarışlarda Azərbaycan bayrağının qaldırılması hər birimizi qürurlandırır və fəxr edirik ki, idmançılarımız beynəlxalq arenalardan qələbələrlə qayıdırlar. Bütün bunlar gənclərdə və bütövlükdə cəmiyyətdə vətənpərvərlik hisslərinin güclənməsinə xidmət göstərir.

Görüşdə rayonun ictimai həyatında fəal iştirak edən bir qrup gəncə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının, YAP Suraxanı rayon təşkilatının fəxri fərmanları və hədiyyələr təqdim olunub, YAP sıralarına yeni daxil olan bir qrup gəncə partiya vəsiqələri verilib. 

Sonda “Gənclər evi”nin və rayonun mədəniyyət müəssisələrinin bədii kollektivləri konsert proqramı ilə çıxış ediblər.

V. BAYRAMOV,
“Xalq qəzeti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında