Türkiyəli qonaqlar ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülidə Serıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər güllər düzülüb.

Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül-çiçək dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra Türk Şəhidliyi abidəsi ziyarət olunub və abidə önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, şəhərimizdə aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında