Suraxanı yeniləşir, abadlaşır

Azərbaycan Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafına, bölgələrdə abadlıq-quruculuq işlərinin aparılmasına daim diqqət və qayğı göstərir. Bu, Suraxanıda da aydın nəzərə çarpır. Təkcə ötən il ərzində rayonda bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Küçələr, məhəllədaxili yollar və yaşayış binalarının həyəti yenidən asfaltlanıb, piyada səkiləri təmir olunub, hasarlar rənglənib, yeni işıqlandırma dirəkləri quraşdırılıb, çoxmənzilli yaşayış binalarının dam örtüyü dəyişdirilib, fasad hissəsi müasir üzlük daşları ilə bəzədilib, giriş blokları və pilləkənlər təmir edilib. Küçələrin kənarında və binaların qarşısında səliqə-sahman yaradılıb, ağac və gül kolları əkilib.

Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Hövsan qəsəbə inzibati ərazi dairəsi üzrə  nümayəndəliyin 2017-ci ilin yekunları ilə bağlı hesabat yığıncağında bu barədə ətraflı danışılıb. Qəsəbə nümayəndəsi Ağasəlim Əliyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin paytaxtın inkişafına göstərdiyi diqqət və qayğıdan, Hövsanın abadlaşdırılması, burada sakinlərə hər cür şəraitin yaradılması istiqamətində görülən işlərdən,  mövcud problemlərdən, qarşıda duran vəzifələrdən bəhs edib. Xatırladıb ki, müvafiq dövlət proqramlarının icrası sayəsində 2017-ci ildə qəsəbədə bir sıra yollar, məhəllədaxili küçələr və səkilər təmir olunub, bu yaşayış məntəqəsini şəhərlə birləşdirən Hövsan-Zığ yolunun yenidən qurulması işləri davam etdirilib, içməli su problemi aradan qaldırılıb, əhalinin məişət qazı, elektrik enerjisi ilə fasiləsiz təminatı yoluna qoyulub. Bütün bunlarla yanaşı, çoxmərtəbəli binaların, məktəb və səhiyyə obyektlərinin əvvəllər istiliklə təchizatında yaranan fasilə də aradan qaldırılıb.

Natiq daha sonra fikirini konkret faktlarla əsaslandırıb: Hövsan qəsəbəsində bir yüksəkgərginlikli elektrik yarımstansiyası tikilib, biri isə təmir olunub. İ.Əhlimanov, O.Şabanov küçələri abadlaşdırılıb. Oqtay Şabanov küçəsində sakinlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan yeni park salınıb. Elman Qasımov küçəsində “Veteranlar guşə”si istifadəyə verilib, Böyük Vətən müharibəsində həlak olan qəsəbə sakinlərinin şərəfinə ucaldılan abidə kompleksi əsaslı təmir edilib, ətraf ərazi abadlaşdırılıb.

Hövsanda yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılıb, bununla bağlı nəzərəçarpacaq müsbət nəticələr əldə edilib.

Hesabat yığıncağında çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin rayon və onun qəsəbələrinə göstərdiyi ardıcıl, sistemli diqqət və qayğını sakinlərin böyük razılıqla qarşılamasından, bu işlərin miqyasının ildən-ilə genişləndirilməsindən ətraflı bəhs edib.

Başçı xüsusi vurğulayıb ki, 24 dekabr 2017-ci il tarixdə cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksində ilk yeddimərtəbəli binanın təməlqoyma mərasimində iştirak ediblər.

İlqar Abbasov daha sonra qeyd edib ki, qəsəbədə inşa olunacaq yeni yaşayış kompleksi Bakının sürətlə inkişaf edən şərq hissəsində, Xəzər sahilindən cəmi 2 kilometr məsafədə, yaşayış və istirahət üçün olduqca rahat bir məkanda yerləşəcək. Kompleksin 20 hektarlıq ərazisinin qərb hissəsində şam və zeytun ağaclarından ibarət geniş yaşıllıq zonası mövcuddur. Şəhərcik çoxmənzilli 11 yaşayış binasından ibarət olacaq. Kompleksdə çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şəraitin yaradılması, geniş həyətlərin, yaşıllıq zonalarının, uşaq meydançalarının, sosial infrastruktur obyektlərinin tikintisi aparılacaq. Ərazidə hər biri 260 yerlik olmaqla iki uşaq bağçasının, 1920 şagird yerlik ümumtəhsil məktəbinin, ticarət mərkəzinin və xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, ərazidə müvafiq nəqliyyat infrastrukturunun yaradılması və şəhərin ictimai nəqliyyat sisteminə inteqrasiyası planlaşdırılır.

Rayon rəhbəri bildirib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq, rayon icra hakimiyyəti qəsəbənin sosial-iqtisadi inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsini bundan sonra da diqqət mərkəzində saxlayacaq.

İlqar Abbasov xatırladıb ki,  rayon sakinləri son illər ölkəmizdə sosial-iqtisadi və mədəni sahədə əldə edilən böyük uğurları haqlı olaraq ölkə Prezidenti İlham Əliyevin bütün bölgə və regionlara, o cümlədən Suraxanı rayonuna göstərdiyi gündəlik diqqət və qayğının nəticəsi kimi qiymətləndirir, sabaha böyük inam və ümidlə baxırlar.

Toplantıda sakinlərin arzu və təklifləri dinlənilib, sualları cavablandırılıb, nöqsanların aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

V. BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında